Məlumat yoxdur
Bizimlə əlaqə
Bizimlə əlaqə
(055) 500 96 00
Hesabım
Hesabım

Möcüzə gözləntisində - EKO

Möcüzə gözləntisində - EKO


Statistikaya görə dünyada təxminən altı milyon uşaq köməkçi reproduktiv texnologiyalar vasitəsilə dünyaya gəlib. Ekstrakorporal mayalanma üsulu (EKO) təbii yola uşaq dünyaya gətirə bilməyənlər arasında çox genişdir.

Eko nə deməkdir?

"Ekstrakorporal" sözü iki latın sözündən, ekstra - "əlavə" və korporal - "bədən" ibarətdir. Bədəndən kənar mayalanma kimi də tərcümə edilir. Bu üsulla hamilə qalmaq barədə tədqiqatlar 1965-cı illərə təsadüf edir. 1973 ildə isə Moskvada ilk Ekspermental embrioloji laborotoriya açıldı. İlk süni mayalanma 70-ci illərin sonunda Böyük Britaniyada keçirildi. Leslie Braun uşaq yolunun tutulması səbəbi ilə 9 il uğursuz olaraq müalicə edilirdi. Çarəsiz qalan cütlük süni mayalanmaya üz tutdular. Və "möcüzə" oldu. 1978-ci il 25 iyul tarixində İngilis ailəsində uzun müddət gözlənilən qiz övladı Luiza dunyaya gəldi.
SSRİ-də süni mayalanma ilə ilk uşaq Moskvada 1986-cı ilin fevral ayında, 2-ci isə noyabrın 2-də isə Leninqradda anadan olub. Bu gün bu üsul ilə dünyaya gələn milyonlarla körpə var.

  • Birinci mərhələ folikulların stimullaşdırılmasıdır. Bunun üçün qadın müəyyənləşmiş gündə xüsusi dərman qəbul etməyə başlayır. Ultrasəs və hormonal nəzarət vasitəsi ilə həmin dövrə daxil olan bütün follikulların yetişməsi təmin edilir. 
  • İkinci mərhələ oositlərin toplanmasıdır. Daxili anesteziya ilə follikulların transvaginala yerləşdirilməsi həyata keçirilir. Xüsusi iynə ilə ultrasəs nəzarət altında follikulyar aspirasiya prosesi olunur, yetişən folikullardən yumurta çıxarılır. Bundan sonra folikulyar maye tüpə yerləşdirilir. Bu prosedur 15-20 dəqiqə çəkir.
  • Üçüncü mərhələ mayalanmadır. Alınmış folikullar mayalanma prosesi üçün embriyoloji laboratoriyaya aparılır. Bunun üçün, oosit xüsusi bir qaba köçürülür. Bu konsentrasiyaya spermatozoidlər əlavə edilir (ən azı yüz min hərəkətli spermatozoid olmalıdır), en nəhayət iki və ya üç gün inkübatora yerləşdirilir.

Eko olunmamışdan əvvəl, hər bir cütlük yoxlanmalıdır. Kişi sperm analizi verməlidir. Laborotoriya nəticələri əsasında spermatozoid sayı və aktivlikləri nəzərə alınmalıdır. Əgər gözlənilən hamiləlik baş vermirsə, reproduktiv texnologiya mütəxəssislərinə yaxşı olarki baş çəkəsiniz. Mütəxəssislər çox ailələrə bu sevinci, möcüzəni yaşatdırmışlar və yaşatdırırlar.

Sağlam olun!

Ginekoloqlar