Şərifzadə küçəsi 55
Şərifzadə küçəsi 55
Medikus klinikası 2009-cu ildə fəaliyyətə başlamışdır. Fəaliyyətə başladığı dövrdən bəri təkcə yerləşdiyi yerdə yox, ümumilikdə Bakı şəhərində və ölkəmizdə ən yaxşı tibb müəssisəsələrindən birinə çevrilmişdir. Tam avtomatlaşdırılmış laboratoriya və peşəkar mütəxəssislərin olması yüksək xidmət səviyyəsinə çatmağa imkan yaratmışdır. 2010-ci ildən başlayaraq klinikada urogenital infeksiyalar və hepatitlər zəncirvari polimeraza metodu ilə təyin olunmağa başlamışdır. Medikus klinikası tibb xidmətinin hamı üçün əlçatanlılığını təmin etmək üçün həmişə pasiyentləri nəzərə almış, xidmət qiymətlərinin optimal olmasına çalışmışdır. 2012-ci ildən başlayaraq klinikada yeni nəsil şüa-diaqnostika cihazları quraşdırılmış, pasiyentlərin klinikanı tərk etmədən bütün poliklinik xidmətləri yüksək keyfiyyətlə almasına şərait yaranmışdır. 2018-ci ildə klinika yeni, Şərifzadə 55 ünvanına köçmüşdür. Pasiyentlərin rahatlığı üçün ölkə və dünya standartlarına uyğun yaradılmış şöbələr, müasir avadanlıqlar, mərkəzləşmiş informasiya sisteminin qurulması xidmət spektrinin genişlənməsinə səbəb olmuşdur.
Əbdurkərimov Əkbər
Analiz verdik. Nəticələri aldıq . Xidmət səviyyəsi normaldır.