Məlumat yoxdur
Bizimlə əlaqə
Bizimlə əlaqə
(055) 500 96 00
Hesabım
Hesabım

Maddələr mübadiləsini necə sürətləndirməli?

Maddələr mübadiləsini necə sürətləndirməli?

Orqanizmdə qidanın həzm olunması və funksionallığı metabolizmdən asılıdır. Bu amil qəbul olunan qidanin mənimsəmə sürətini müəyyənləşdirir və bunun nəticəsində orqanizmdə enerji və digər lazımı maddələr istehsal olunur. Nə qədər tez qida həzm olunarsa, bir o qədər insan tez çəki atır. Xüsusən, bu proses əzələ kütləsini yığmaq üçün çalışan idmançılar üçün vacibdir. 

Qeyd etmək lazımdır ki, həzm sisteminin balanslaşdırılması insan həyatı və sağlamlığı üçün çox vacibdir. Məlum olduğu kimi, yaş artdıqca həzm prosesidə ləngləşir. Nəticədə insan artıq çəkidən əziyyət çəkir. Əlbətdə bu problem daima idmanla məşğul olan insanlarda rast gəlinmir. Metabolizmin funksiyalarını yalnız idmanla normallaşdırmaq olar. Bununla birgə gündəlik qidalanmanızı 3 dəfə yox, 5-6 dəfə olmaqla kalsi və zülal tərkibli olmaqla kiçik porsiyalarla qəbul etməyiniz məqsədəuyğundur. Sərin su həzm prosesini sürətləndirir. Su mədəyə düşdüyü andan mədə suyu isitmək üçün çalışır və buda maddələr mübadiləsinin effektliliyini artırır.

Bədəndə maye çatışmamazlığı olarsa orqanizmdə hər şey demək olar ki, tərsinə getməyə başlayır. Həmçinin, güclü katalizator  - tam yuxu almaq sayılır. Gecə istirahəti, gecə yuxusu maddələr mübadiləsinə faydasını göstərir və bədəni gücləndirməyə kömək edir. 

Sağlam olun!

Dietoloqlar