Məlumat yoxdur
Bizimlə əlaqə
Bizimlə əlaqə
(055) 500 96 00
Hesabım
Hesabım

Körpənin diş çıxartmasının əlamətləri

Körpənin diş çıxartmasının əlamətləri

Körpənizin dişlərinin çıxmağını və ya xəstələnməyinin müəyyənləşdirilməsi çətin haldır. Körpənin ilk dişni çıxartmağının bəzi əlamətlər vardır:

1. Gün ərzində körpəni müşahidə edin. Ümumi olaraq etdiyi hərəkətlərinin normal davranışından fərqlənməsinə diqqət edin. Dişlərin çıxma prosesi 3 aydan 12 aya qədər davam edə bilər.

2. Yeməkdən imtina etmək dişlərin çıxmasının əsas əlamətlərindən biridir. Yemək iştahsızlığı bir çox xəstəliklərin əlaməti ola bilər, baxmayaraq ki, diş çıxartma prosesi zamanı körpənin damaqları xüsusilə həssas olur və hər bir toxunma ağrıya səbəb ola bilir.

3. Pis yuxu uşağın diş çıxartmasına bir işarədir. Gündüz və gecə körpə çox sinirli, davranışında dəyişikliklər ola bilir ki, bu zaman körpəni sakitləşdirmək çox çətindir.

4. Bağırsaqların funksiyasının pozulması diş çıxartma prosesinin simptomlarından biri ola bilər.

5. İlk dişin çıxmasını təyin etməyin ən doğru yolu - damağın sərtləşməsi, ağarması, damaq tacının şişməsi ilə müəyyən edilə bilər.

6. Fərqi yoxdur, valideyn bu haqda nə qədər oxuyubdur, məlumatlıdır, uşaq pediatrı hər zaman sizin uşağınıza faydalı tövsiyyələr təklif verə bilər. Əgər hər hansı simptom həddindən artıq çox uzanır və ya uşaqın səhhətində problemlər yaradırsa mütləq həkim - mütəxəssisin qəbulunu ziyarət edin.

Sağlam olun!

Stomatoloqlar