Kollagen - dəri yaşlanması üçün istifadə olunan kosmetikaya deyilir. Təbii kollagen çox faydalıdır. Çox geniş istifadə yolları vardır. Kollagen tərkibli kremlərdən adətən yaşlanma hiss olunan zaman istifadə olunur. Yaşlandıqca üz hüceyrələri öz aktivliklərini itirirlər. Bununlada üz dərisi qırışır və sallanmalar yaranır.
Kollagen öz keyfiyyətini sübut etmiş maddədir, beləki istifadəsi zamanı dəri özünə lazım olan maddələri qəbul edir. Üzdə kremdən asılılıq yaranmır. Krem bitki, heyvani yağ və balıq yağlı tərkibdə ola bilər. Bu kremlərlə xüsusi ehtiyyatla istifadəsi edilməlidir. Kremi taxta qaşığı ilə götürmək, qalın olmayan lay ilə üzə bir neçə nöqtəvari hissələrlə qoymaq lazımdır.
Krem masaj xəttləri üzrə, yüngül amma eyni hərəkətlər ilə dərini dartmamaq şərti ilə paylanmalıdır. Gözlər altından krem buruna doğru, sonra krem çənə ətrafına paylanır və qulaqlar səviyyəsinə qədər qaldırılır. Əsas üz tipinizə uyğun kollagen tərkibdə krem seçəsiniz. Bir neçə kremdən eyni zamanda istifadə etmək məqsədəuyğun deyil. Bunu peşəkar kosmetoloq ilə məsləhətləşib etsəniz gözəl nəticələr eldə etmiş olacaqsınız.
Sağlam olun!