Məlumat yoxdur
Bizimlə əlaqə
Bizimlə əlaqə
(055) 500 96 00
Hesabım
Hesabım

Klimaks-xəstəlik deyil

Klimaks-xəstəlik deyil

Klimaks xəstəlik deyil. Klimaks, yani menopauza istənilən qadının həyatında baş verən normal fizioloji prosesdir. Bu dövr ərzində qadınlarda detorod funksiya tamamilə yoxa çıxır və sönür, hormonal dəyişikliklər baş verir, estrogen qadın hormonunun ifrazı azalır və yumurtalıqların fəaliyyəti zəifləyir.

Menopauzanın 3 dövrü var: 1-Premenopauza, 2-Menopauza, 3-Postmenopauza.

Qadınlarda klimaks dövrü adətən 45 yaşdan başlayır və 1-5 il arası davam edir. Son illər isə klimaks dövrü “cavanlaşıb” və menopauza 38-40 yaş arası qadınlarda da üzə çıxır. Qeyd edim ki, genetik faktor bu məsələdə böyük rol oynayır. Menopauza dövründə qadınlarda qeyri-müntəzəm aybaşı, baş ağrı, yuxusuzluq, əsəbilik, yaddaşın zəifləməsi, sümüklərin kövrəkliyi, artıq çəki kimi problemlər, bəzilərində isə depresiya yaranır. Qeyd edim ki, siqaret və spirtli içki kimi pis vərdişlər də bu dövrə mənfi təsir edir. Bu dövrdə bu vərdişlərdən imtina etmək daha yaxşı olardı.

Qadınların cəmi 10 faizində menopauza dövrü nəzərə çarpmadan keçir. Qalan 90 faiz qadın isə yuxarıda sadaladığım simptomlardan əziyyət çəkir. Qadınlar klimaksdan qorxmamalıdır. Vaxtında ginekoloqa müraciət etmək, müayinə olunmaq və orqanizmin xüsusiyyətlərinə uyğun müalicə kursu almaq lazımdır.

40 yaşdan sonra hər bir qadın azı ildə bir dəfə ginekoloji müayinədən keçməlidir.

Həkim ginekoloq kimi 40 yaşdan yuxarı qadınlara bunları məsləhət görərdim:

1.İldə bir dəfə ginekoloji müayinədən keçmək,

2.Sağlam həyat tərzi yaşamaq,

3.İdmanla məşğul olmaq,

4.Sutkada 2 litr su içmək,

5.Stress və gərginlikdən uzaq durmaq.

Mama-ginenoloq  S.Mansumova.

Saglam olun.

Ginekoloqlar