Məlumat yoxdur
Bizimlə əlaqə
Bizimlə əlaqə
(055) 500 96 00
Hesabım
Hesabım

Kiberxondriya - müasir insanların yeni xəstəliyi

Kiberxondriya - müasir insanların yeni xəstəliyi

Kiberxondriya - özlüyündə müxtəlif simptomlar axtarış etmək düşüncəsidir. Hal-hazırda bu vəziyyət insanların əksəriyyətində baş verir.

Amerikalı alimlər qeyd edirlər ki, bu cür insanların sayı hər il artır.
Beləliklə, "kiberxondriyalı" insanlar vaxtının çox hissəsi internetdə iddia etdikləri xəstəliklər barədə məlumatlar axtarmaqla keçir.

Onlar özləri üçün diaqnoz qoyur və bundan sonra bu barədə düşünərək təəssüflənirlər. Ekspertlər bildirirlər ki, kiberxondriyalı insanlar hər hansı xəstəliklər haqqında heç bir məlumatı tapa bilmədikdə, hətta çox şübhəli xəstəlik olsa belə insanın həyəcanını artırır. 

Tədqiqatçıların araşdırmalarına əsasən, təkcə kiberxondriyalı və depressiyaya meylli olanların bu fikirlərə məruz qalmır. Həmçinin, həyatda tamamilə uğurlu və sağlam insanların internetin köməyi ilə özlərində qeyri-mövcud olan xəstəlikləri axtarmağa baxmağa başlayır, özlərinə "diaqnoz" qoyurlar.

Beləliklə, onlar xəstəliklərinin müalicəsi üçün nə qədər vəsait lazım olduğunu hesablamağa başlayırlar, bundan sonra işləyə bilməyəcəkləri haqqında təlaşa qapılma kimi və s hisslər artır. 

Həkimlər hər hansı bir simptom ortaya çıxdıqda həyəcanlanmamağı məsləhət görürlər: Əgər internet vasitəsi ilə hər hansı xəstəlik haqqında məlumatı tapmaq istəyirsinizsə, klinika portallarına və ya tibbi saytlarda daxil olub xəstəlik haqqında dəqiq məlumatlar əldə edə bilərsiniz.

Sağlam olun!

Terapevtlər