İnsan papilloma virusu dünyada çox geniş yayılmış infeksiyadır və cinsi yolla ötürülür.
Bu infeksiyanın əsas xüsusiyyəti bir neçə il ərzində özünü biruzə verməmək və nəticədə xoşxassəli (papilloma) və bədxassəli (uşaqlıq ağzı xərçəngi) kimi cinsi xəstəliklərə səbəb olmasıdır.
İnsan papilloması virusunun 100-dən çox növü var. Növlər virusun özünəməxsus formasıdır və bir-birindən fərqlənir. Virus növləri kəşf edilmə üsuluna görə nömrələnib.
Yüksək onkoloji risk daşıyan qruplar 14 növdür: 16, 18, 31, 33, 35, 39, 45, 51, 52, 56, 58, 59, 66, 68 (bu növlər uşaqlıq ağzı xərçənginin inkişafına səbəb olur).
Bundan əlavə aşağı onkoloji risk daşıyan (əsasən 6 və 11) növlər də var. Bu növlər anogenital çıxıntılar yaranması ilə nəticələnir. Papilloma selikli vaginada, cinsiyyət orqanının dərisində, perianal bölgədə yerləşir. Bu papillomalar heç vaxt bədxassəli olmurlar amma genitaliya bölgəsində kosmetik qüsurlara səbəb olurlar. Əl, ayaq və üzdə olan çıxıntılar da bu növ virus səbəbindən yarana bilər, eyni zamanda başqa mənşəli də ola bilər.
Virus əsasən cinsi əlaqə vasitəsilə ötürülür. Gec və ya tez qadınların hamısı insan papilloması virusuna yoluxurlar. Seksual həyatı aktiv olan qadınların 90 faizi həyatı boyu bu infeksiya ilə rastlaşırlar.
Amma yaxşı xəbər də ondan ibarətdir ki, infeksiyaya yoluxanların böyük əksəriyyəti, yəni 90 faizi insan papilloma virusundan iki il ərzində heç bir tibbi müdaxilə olmadan da qurtula bilirlər.
Bu, insan papilloma virusunun orqanizmdə səbəb olduğu normal infeksiya prosesidir. Bu vaxt immunitet sisteminin virusdan tamamilə qurtulması üçün kifayət edir. Belə halda insan papilloma virusu orqanizmə heç bir ziyan vurmur. Yəni, əgər bir müddət əvvəl insan papilloma virusu müşahidə edilibsə və indi yoxdursa, bu tamamilə normaldır!
Nəzərə almaq lazımdır ki, insanların immunitet sistemi fərqli çalışır. Bu səbəbdən də virusdan qurtulma müddəti cinsi partnyorlarda müxtəlif dövrlərə təsadüf edə bilər. Buna görə də partnyorlardan birində insan papilloma virusunun aşkar edilməsi, digərində isə olmaması kimi hallarla rastlaşmaq mümkündür.
Yüksək risk qrupuna daxil insan papilloma virusları uşaqlıq ağzı xərçəngi və xərçəng xəstəliyinin bəzi növlərinin inkişafına səbəb ola biləcəkləri üçün təhlükəli sayılırlar. Yüksək risk qrupuna daxil bu viruslar başqa problemə səbəb olmurlar.
İnsan papilloma virusu uşaqlıq ağzı, selikli vagina iltihabı, menstrual dövrün pozulması və ya sonsuzluq kimi problemlərə səbəb olmur.
İnsan papilloma virusu hamilə qalmaq və hamiləliyi davam etdirmə qabiliyyətinə təsir etmir.
Yüksək risk qrupuna daxil insan papilloma virusları hamiləlik və doğuş zamanı körpəyə ötürülmür.
İnsan papilloma virusunun diaqnostikası
25 yaşa qədər onkoloji risk daşıyan insan papilloma virusundan analiz vermək mənasızdır (Amma 8 yaşından cinsi həyata başlayan qadınlar bu siyahıya aid deyil), çünki bu dövr ərzində orqanizmi özü tərk edəcək virusu müəyyən etmək ehtimalı yüksəkdir.
25-30 yaşdan sonra analiz vermək məntiqə uyğundur:
Bu analizi sitologiya ilə birlikdə vermək lazımdır. Çünki əgər PAP-testdə və yüksək risk qrupuna daxil insan papilloma virusunda dəyişiklik varsa, bu vəziyyət xüsusi diqqət tələb edir.
Analizləri bu qaydada vermək lazımdır:
İldə bir dəfə (əgər yüksək risk qrupuna daxil insan papilloma virusu əvvəllər müəyyən edilibsə);
Əgər yuxarıdakı analiz neqativ cavablanıbsa, 5 ildə bir dəfə.
Aşağı onkoloji risk qrupuna daxil insan papilloma virusundan analiz vermək o qədər də vacib deyil. Əgər papilloma yoxdursa, prinsip etibari ilə analiz vermək mənasızdır. Virus daşıyıcılığı mümkündür, virusun müalicəsi mümkün deyil, buna görə də analiz cavabı ilə nə etmək lazım olduğu naməlumdur.
İnsan papilloma virusunun müalicəsi
İnsan papilloma virusunun medikamentoz müalicəsi yoxdur. İnsan papilloma virusunun vəziyyətinə (papilloma, displaziya, uşaqlıq ağzı xərçəngi) uyğun olaraq müalicə üsulları var.
Bu müalicə cərrahi alətlərin (lazer, radiobıçaq, kriokoaqulyasiya) tətbiqi ilə həyata keçirilir.
Heç bir immun stimulyator insan papilloma virusunun müalicəsinə aid deyil və tətbiq olunmamalıdır.
Cinsi partnyorların müalicəsi tələb olunmur (partnyorların hər birinin cinsi orqanında papilloma varsa, istisnai vəziyyətdir).
İnsan papilloma virusuna yoluxanların profilaktikası
İnsan papilloma virusunun 16 və 18-ci növündən qoruyan vaksin kəşf edilib (vaksinlərdən biri 6 və 11-ci tiplərdən də qoruyur). 16 və 18-ci tiplər uşaqlıq ağzı xərçənginə səbəb olduğu üçün onlardan qorunmaq vacibdir. Vaksinasiya dünyanın 45 ölkəsində həyata keçirilir.
Prezervativ(100 faizlik müdafiəni təmin etmir).
100 faizlik müdafiəni təmin edən yeganə üsul təsadüfi cinsi əlaqədən uzaq durmaqdır.
Saglam olun!!