Məlumat yoxdur
Bizimlə əlaqə
Bizimlə əlaqə
(055) 500 96 00
Hesabım
Hesabım

İlkin yardım - Huşin itirilməsi zamanı

İlkin yardım - Huşin itirilməsi zamanı

Huşin itirilməsi - beyin toxumasında qidalanmanın qəflətən pozulması (hipoksiya) nəticəsində huşun itməsi ilə xarakterizə olunan patoloji vəziyyətdir.

Beyin damarlarında qısamüddətli spazmaya və ya ürək yığılmalarının kəskin surətdə zəifləməsinə səbəb olan ən müxtəlif amillər huşun itirilməsinə gətirə bilər: mənfi emosiyalar, ağrı, qanqlioblokatorların və bəzi digər farmakoloji preparatların həddən artıq qəbulu, sinokarotid zona, vestibülyar aparat və s. reseptor zonaların kəskin surətdə qıcıqlanması, həddən artıq fiziki gərginlik, ürəyin blokadası, ekstrasistoliyadan sonrakı kompensator pauza və s.

Huşun itirilməsinin ilkin əlamətləri nədir?
✔️ Xəstə narahatlıq hiss edir;
✔️ Ümumi zəiflik;
✔️ Başağrısı;
✔️ Ürək nahiyəsində xoşagəlməz hissiyyat;
✔️ Öyümə qeyd edilir.

Huşun itirilməsi zamanı nə etməli?
✔️ Xəstə yatağa uzadılır, başı aşağı, ayaqları isə nisbətən yuxarı vəziyyətdə yerləşdirilir;
✔️ Xəstə sıxıcı paltradan azad edilir;
✔️ Xəstənin alnına soyuq dəsmal qoyulur və ya üzünə soyuq su vurulur;
✔️ Qaytarma olduqda xəstə boğulmasın deyə onu rahat vəziyyətdə yan üzərində uzadılır;
✔️ Xəstə özünə gəldikdə belə onu qaldırmağa tələsməməli və təkrar bayılma halında olduqda tibbi yardım çağırılmalıdır.
 

Faydalı ola bilər