Histerektomiya müxtəlif cərrahi yanaşmalarla uşaqlıq yolunun strukturlarının çıxarılmasıdır. Histerektomiya əməliyyatı keçirmiş şəxsdə menstruasiya (aybaşı qanaxması) dayanır. Mən, həkim mama-ginekoloq Xanım Adıgözəlova bu məqaləmdə histerektomiyanı tələb edən şərtlərdən, faydaları və risklərindən bəhs edəcəyəm.
Histerektomiya tələb edən şərtlər hansılardır?
Uterusun funksiyaları və ümumi sağlamlıq üçün mənfi nəticələrə səbəb ola biləcək müxtəlif pozğunluqlar olduqda histerektomiya nəzərdən keçirilə bilər. Misal üçün:
Histerektomiyanın faydaları nələrdir?
Histerektomiya xüsusilə uşaqlıq və ya yumurtalıq xərçəngi olan xəstələrdə vacibdir, çünki bununla xəstəliyin ciddi fəsadlara yol açmasının qarşısı alınır. Uşaqlıq yolunda əmələ gələn miomanın çox olması səbəbindən yaranan şikayətlər də histerektomiya əməliyyatından sonra yox ola bilər.
Ginekoloji xərçənglərlə bağlı daha ətraflı məlumat əldə etmək üçün “Ginekoloji xərçəngin növləri müalicə üsulları hansılardır?” adlı yazımı oxuya bilərsiniz.
Histerektomiyanın riskləri nələrdir?
Bütün cərrahi əməliyyatlarda olduğu kimi, histerektomiyada da bəzi risklər ola bilər. Histerektomiya əməliyyatında tətbiq edilən anesteziyaya qarşı olan hansısa reaksiya histerektomiyanın riskləri arasındadır. Sidik kisəsi, bağırsaqlar və qan damarları histerektomiya proseduru zamanı ən çox təsirlənən toxumalardır. Bu səbəbdən əməliyyatdan sonrakı ilk 5 gündə ağrı, qəbizlik və sidik ifrazı ilə bağlı problemlər yarana bilər.
Abdominal histerektomiya əməliyyatı zamanı kəsilmiş toxumalar arasında yaranan anormal yapışmalar baş verə bilər ki, buna da el arasında spayka deyilir. Histerektomiya əməliyyatından sonra yapışma inkişafı həzm sistemi ilə bağlı ağrı və problemlərə yol aça bilər.
Histerektomiyanın risklərindən ən önəmlisi isə bu əməliyyatı keçirmiş bir insanın ömrünün sonuna qədər hamilə qala bilməməsidir. Yumurtalıqların və uşaqlıq boynunun alınmadığı histerektomiya əməliyyatından sonra menstrual qanaxma davam edə bilər. Histerektomiya əməliyyatı zamanı yumurtalıqların çıxarılması o deməkdir ki, həmin şəxs indi menopoz (klimaks) dövründədir. Buna görə də əməliyyatdan sonrakı dövrdə qızdırma, əhval dəyişikliyi və vaginal quruluq kimi əlamətlər yarana bilər.
Klimaks ilə bağlı hər hansısa sualınız varsa, bu sualların cavabını klimaksla bağlı yazdığım yazıları yazıları oxuyaraq tapa bilərsiniz.
Histerektomiya əməliyyatından sonra cinsi həyat əməliyyatdan əvvəl problemin nə olduğuna görə müsbət və ya mənfi təsirlənə bilər. Cinsi fəaliyyət problemləri əsasında əlaqə zamanı ağrı hissi yaranarsa və əməliyyatdan sonra bu şikayət aradan qalxarsa, insanın cinsi həyatında yaxşılaşma baş verir.
Hər hansısa ginekoloji narahatlığınız varsa, mütləq zamanında ginekoloqa müraciət edin. Həmçinin unutmayın ki, ginekoloji xəstəliyiniz olduğu halda ən doğru diaqnozu həkiminiz təyin edəcəkdir.