Herpes insan orqanizminə daxil olaraq ömrü boyu yaşayan virus infeksiyasıdır. Bu, Yer kürəsində ən geniş yayılmış xəstəlikdir. Planet əhalisinin 95-97 faizi herpes daşıyıcısıdır. Herpesin müasir kompleks müalicəsi böyüklərdə infeksiyanı yüngülləşdirir və kəskinləşmə dövrünü dəf etməyə imkan verir.
Herpes virusları canlıdır və uyğunlaşır. İnfeksiya aşağıdakı yollarla ötürülür:
-Səpki ilə əlaqə;
-Cinsi əlaqə;
-Uşaq doğuş vaxtı anasından infeksiyaya yoluxa bilər;
-Qanla bağlı (qan köçürülmə, əməliyyat vəs.)
-Hava-damcı yolu;
-Ümumi istifadə edilən əşyalar vasitəsilə.
Herpes törədicisi insan orqanizmində uzun müddət “yata” bilər və yoluxmadan sonra dərhal üzə çıxa bilər. Ömrü boyu herpes praktiki olaraq daşıyıcısını narahat etməyə bilər və ya müxtəlif dövrlərdə kəskinləşə bilər.
Xroniki herpesin aktiv fazaya keçid səbəbləri hipotermi, immunitetin aşağı düşməsi, stress, keçirilən xəstəliklər ola bilər.
Herpes infeksiyasından birdəfəlik qurtulmaq mümkün deyil. Sadəcə müxtəlif dərman və preparatlar qəbul edərək xəstəliyin simptomlarını yüngülləşdirmək olar. Böyüklərdə və uşaqlarda herpesin profilaktikası və müalicəsi üçün dərmanlar var. Herpesin müalicəsində ən vacib an immuniteti gücləndirməkdir. Orqanizmi parazit və bakteriyalardan təmizləmək vacibdir. Çünki orqanizm ilk növbədə onlarla mübarizə aparır, herpes virusu ilə yox.
Tibb işçiləri herpes infeksiyasını beş növə ayırırlar:
-Birinci növ kiçik səpkilərlə xarakterizə edilir. Bu səpkilərin qabarcıqları olur və əsasən burun və dodaqlarda üzə çıxır.
-İkinci-genital herpes. Cinsi əlaqə zamanı ötürlür, eyni zamanda məişət və damcı yolu ilə də ötürülə bilər.
-Epşteyn-Barr virusu. Mikroorqanizmlər sağlam orqana hücum edir. Nononujleoz və onkoloji xəstəliklərə səbəb ola bilər.
-Suçiçəyi virusu (Varicella Zoster). Bu virusdan sonra insan orqanizmi suçiçəyinə qarşı immunitet formalaşdırır.
-Sitomeqalovirus sitomeqaloinfeksiyanın yaranmasına, karsinomın inkişafına və bədxassəli şişin yaranmasına səbəb olur.
Herpes infeksiyasının bəzi növləri görmə qabiliyyətini zəiflədir, skleroza, mononukleouz və digər fəsadlara səbəb olur. Eyni zamanda immuniteti zədələyən xəstəliklər, AİDS və leykemiya zamanı ölümə də səbəb ola bilər. Bu səbəbdən də xəstəliyin ilk əlamətləri üzə çıxan kimi həkimə müraciət edin.
Sağlam Olun!!!