Məlumat yoxdur
Bizimlə əlaqə
Bizimlə əlaqə
(055) 500 96 00
Hesabım
Hesabım

Həkimlər görməni yaxşılaşdıran şirin vasitəni açıqladılar

Həkimlər görməni yaxşılaşdıran şirin vasitəni açıqladılar

Bal - yorğun gözlər üçün ən səmərəli vasitədir.

Televiziya, monitor, gərgin mühitlər - müasir insanın göz orqanında bir sıra çətinliklər, xəstəliklərə yol açır. Əgər gözlər iş gününün sonunda həddindən artıq yorulursa, təcili gözlərə kömək etmək lazımdır.

Göz orqanlarının problemi müalicəyə və ya korreksiyaya ehtiyac duymursa bu zaman xalq təbabətindən istifadə etmək olar. 

Bal, yorğun gözlərə ilk yardım üçün çox yaxşı bir vasitədir, çünki balın tərkibi gözün normal funksiyası üçün lazım olan maddələri özündə ehtiva edir. Ayrıca, bal katarakta xəstəliyinin müalicəsində də istifadə edilir.

Göz ağrısı olan insanlara baldan istifadə etməyi tövsiyyə edin.

Oftalmologlar təsdiqləyirlər ki, bal damçısından istifadə gözlərdə iltihabı aradan qaldırır və gözləri ətraf mühitin mənfi təsirlərindən qoruyur. Eyni zamanda, mümkün olan allergik reaksiyalardan qorumaq üçün, profilaktik məqsədlər üçün baldan istifadə etməzdən əvvəl həkim oftalmoloq ilə görüşməyiniz məsləhət görülür.

Əksəriyyət tibb mütəxəssisləri, insanlara gün ərzində 50 qr bal qəbul etməyi tövsiyyə edirlər. Bu doz vitamin və mineral ehtiyatlarını artırmaq üçün kifayət edir.

Həmçinin ənənəvi xalq təbabəti görmə problemlərinin qarşısının alınması üçün: kök və bolqar bibəri, pamidor və salatlar, kələm, çəvhəri, yaşıl soğan və ispanaq, qızılgül, ərik, şaftalıdan istifadə etməyi tövsiyə edir.

Bu bitkilərin tərkibi duyğu orqanları üçün çox faydalı olan A vitaminini özündə birləşdirir.

Sağlam olun!

Oftalmoloqlar