Məlumat yoxdur
Bizimlə əlaqə
Bizimlə əlaqə
(055) 500 96 00
Hesabım
Hesabım

Hansı məhsullar antibiotikləri əvəzləyə bilir

Hansı məhsullar antibiotikləri əvəzləyə bilir

Antibiotiklər həyatımıza elə güclü daxil olublar ki, adi asqırmaqda belə uşaqlara antibiotik vasitənin təyin edilməsi valideynlər tərəfindən demək olar ki, narahatlıq doğurmur.

Aydındır ki, antibiotiklər zəruri olduqda bəzi xəstəliklər zamanı insan həyatını xilas edir, lakin orqanizmin immun sisteminin xəstəliklərə qarşı müqavimətli olması üçün, qida rasionuna təbii antibakterial komponentlərdən olan qidalar daxil edilməlidir.

Gəlin birlikdə, antibiotik əvəzləyicisi olan təbii məhsullara nəzər yetirək.

1. Lider mövqedə duran sarımsaqdır.

Onun şəfaverici xassələri uzun illərdən bəri tanınır və Birinci Dünya Müharibəsi dövründə iltihab əleyhinə dərman kimi istifadə edilmişdir. Onu irinli yaralanmalara tətbiq edirdilər. Sarımsaq təbii antibiotik olub, allisin (kükürd) tərkibli olan təbii məhsuldur.

2. Soğan sarımsaq kimi eyni ailəyə aiddir. Flavonoidlər və kükürd tərkiblidir. Soyuqdəymə və öksürəyə kömək edir, otağı dezinfeksiya edir.

3. Zəncəfil ənənəvi tibbdə 2000 ildən çox müddətdir ki, mövcuddur. Anti-iltihablı və antibakterial təsirli olub, unikal tərkibi ilə dəyərlidir. Zəncəfil öskürək ilə mükəmməl mübarizə aparır, soyuqlama, mədə-bağırsaq traktından artıq şlakları çıxarır.

4. Balı unutmaq böyük bir səhv olardı. Balın düzgün istifadəsi sağlam orqanizmin əsasıdır. Alimlər baldan hazırlanan vasitələr ilə bakteriyalarla, infeksiyalarla mübarizə aparırlar. Baldan düzəldilən məhsullar hətta antibiotiklərdən daha müalicəvi və təsirli olurlar.

Sağlam olun!

Terapevtlər