Hamilə qalmaq üçün ən münasib vaxt hansıdır?
Mündəricat:
Yayda — uşaq yazda dünyaya gəlir
Payızda — uşaq yayda dünyaya gəlir
Qışda — uşaq payızda dünyaya gəlir
Yazda — uşaq qışda dünyaya gəlir
* * *
Əgər hamilə qalmağın vaxtını elmi nöqteyi-nəzərdən yanaşsaq, hər fəslin öz müsbət və mənfi cəhətləri var. Sizin üçün vacib olan məqamları müəyyən edin və qərarınızı verin.
Yayda — uşaq yazda dünyaya gəlir
Müsbət cəhətləri:
Bol vitamin (təzə meyvə və tərəvəzlərin sezonu), sağlam orqanizm üçün gözəl münbit
Kəskin respirator və qrip xəstəliklərinin minimal təsiri
Dənizdə dincəlmək və güc-qüvvə toplamaq imkanı
Yayda istirahət etməyin nəticəsində yaranan müsbət emosiyalar
Mənfi cəhətləri:
Hamiləliyin son ayları qrip xəstəliklərinin dövrünə düşür; qışda qar, yağış yağdığına görə travma və ya zədə almaq ehtimalı yüksək olur. Hamiləlikdən əvvəl idman etmək, vitamin qəbulu və yoldaşınızın yanınızda olması sizə kömək edə bilər
Doğuş orqanizmdə vitaminlərin defisiti dövrünə təsadüf edəcək. Odur ki, payızda və qışda bol vitamin qəbul edin, yazda isə vitaminləri preparat formasında qəbul edin.
Payızda — uşaq yayda dünyaya gəlir
Müsbət cəhətləri:
Hamilə qalan dövrdə vitaminlərin bolluğu (meyvə-tərəvəz bolluğu)
Hava mülayim olduğu üçün xoş istirahətdən müsbət emosiyalar almaq olar
Laktasiya dövrü də vitaminlə bol olan vaxta düşür
Qışda və münasib olmayan hava şəraitində zədə almaq ehtimalı az olur
Mənfi cəhətləri:
Hamiləliyin birinci ayları soyuqdəymənin yüksək olduğu vaxta təsadüf edir. Bu da bətndəki dölün inkişafına mənfi təsir göstərə bilər. Hamilə qalmazdan əvvəl yaxşı hazırlaşın: bədəninizi möhkəmləndirin və bol vitamin qəbul edin
Hamiləliyin son ayları yay aylarına düşür. Ələlxüsus çox isti hava şəraiti zamanı gec toksikozun keçirilməsi çətin olur. Ventilyatordan (kondisioner) istifadə edin, gündüz vaxtı çölə çıxmayın, havanın xoş olduğu səhər tezdən və ya axşam vaxtları gəzməyə çıxın.
Uzun gün işığı hamiləliyin son aylarında vacib olan melatonin hormonunun yaranması üçün münasib deyil. Bu hormon əzgiləbənzər cisim (epifiz) tərəfindən sutkanın qaranlıq vaxtı sintez olunur, buna görə də onun miqdarı qışın və payızın ortasında çox olur. Əgər sağlam və xoşbəxtsinizsə, sizdə olan melatoninin miqdarı ilə hamiləliyin öhdəsindən gələ bilərsiniz.
Qışda — uşaq payızda dünyaya gəlir
Müsbət cəhətləri:
Hamiləliyin son aylarında bol təbii vitaminlər olur (meyvə-tərəvəz). Bu vitaminlər xüsusilə doğum vaxtı və adaptasiya dövrü üçün çox lazım olur.
Laktasiya da orqanizmin vitaminlə zənginləşdiyi dövrə təsadüf edir.
Mənfi cəhətləri:
Hamiləliyin ilk ayları kəskin respirator xəstəliklərin epidemiyası vaxtına düşür. Bu çox təhlükəlidir, çünki ilk iki ay ərzində körpənin əsas orqanlarının formalaşır. Vitaminlərlə və sağlam həyat tərzi sürməklə özünüzü infeksiyalardan qoruyun.
Hamiləliyin sonuna hamiləlik hormonunun — melatoninin sintezi aşağı səviyyəyə düşür. Sağlam və möhkəm orqanizm üçün bunun qorxusu yoxdur.
Dünyaya gələn körpənin ilk ayları soyuq mövsümə təsadüf edir — gəzinti üçün bu, çox vaxt münasib deyil. Əgər uşaq sağlamdırsa, ilk günlərindən onun orqanizmini bərkitmək (havaya vermək və s.), eləcə də istənilən hava şəraitində çöldə gəzdirmək lazımdır (külək və yağışdan uşaq arabası və arabanın üstündəki örtük qoruyacaq).
Yazda — uşaq qışda dünyaya gəlir
Müsbət cəhətləri:
Hamiləliyin başlanğıcı ən xoş dövrə — təbiətin oyanışı dövrünə təsadüf edir. Bu özündə bir çox müsbət emosiyaları gətirir.
Hamiləliyin son ayları münbit şəraitdə keçir, orqanizmdə vitamin ehtiyatı hələ də qalır.
Hamiləliyin son ayları hamiləlik hormonunun (melatonin) sintezi daha yüksək olur.
Gec toksikozu daha rahat keçirmək üçün yaxşı hava şəraiti (hava çox isti olmur).
Hamilə qalmaq üçün ən münasib vaxt
Mənfi cəhətləri:
Əksər insanlarda müşahidə olunan vitamin ehtiyatının azlığı problemi gələcək valideynlərdə də (hamilə qalmaq istəyən) ola bilər. Vitamin qəbul edin.
Hamiləliyin son aylarına qeyri-münasib hava şəraitinə görə zədə almaq ehtimalı artır (qışda sürüşkən yollar və s.).
Körpənin həyatının ilk ayları qrip və kəskin respirator xəstəliklər dövrünə təsadüf edir, odur ki, «Oksolin» mazından istifadə edərək uşağınızı qoruyun.
Çöldə gəzinti üçün çox da yaxşı olmayan hava şəraiti — havaya görə uşağınızı geyindirin, üstü örtülən uşaq arabasını alın.
Gördüyünüz kimi, istənilən mənfi cəhəti müsbət tərəfə çevirmək olar. Məsələn, uşağın orqanizmini bərkitmək üçün soyuq hava tələb olunur. Bundan əlavə, doğum zamanı və sonra da ana südündən aldığı immunitet sayəsində canı möhkəm olur. Buna görə də virusların qorxusu minimaldır. Əsas odur ki, uşaq hava şəraitinə görə paltar geyinsin və bir neçə paltar qatının altında tərləməsin. Bu haqda isə digər məqalədə...
Həddən artıq narahatçılıq keçirsə də, Nailənin hamiləlik dövrü normal keçirdi. Bundan qorxusu böyük olmasına baxmayaraq, onun toksikozu yox idi. Uşaq yazda dünyaya gəlməli idi. Onun hesablamalarına əsasən, doğum tarixi həyat yoldaşının doğum tarixi ilə üst - üstə düşürdü.
Yazın ortası idi. Qar çoxdan ərimişdi. Amma hava çox pis keçirdi — yağış, külək, sulu qar və çiskin hava şəraiti. Bundan onsuz da həddən artıq narahatçılıq keçirən qadının əhvalı açılmırdı. Buna görə də təyin olunmuş tarixdən əvvəl Nailə doğum evində doğumqabağı şöbəyə yatmaq qərarına gəlir. Yaxşı ki, həkim onun tanışı idi və hər cür ona qayğı və köməklik göstərirdi.
Körpə atasının doğum tarixindən bir sutka əvvəl — 20 aprel tarixində dünyaya gəlir. Həmin gün hətta günəş öz isti şüaları ilə körpə balanı qarşılamağa çıxmışdı. Günəşin şüaları otağa düşüb körpəni isidirdi. Hava mülayimləşirdi. Deyilənlərin əksinə olaraq, doğum evindən çıxan gün günəş par-par parıldayırdı və torpaq nəfəs alırdı.
İlyasla belə havada gəzmək çox əla olacaq, — deyə anası sevinirdi. Həkimlərin məsləhəti ilə artıq növbəti gün anası ilə atası körpəni gəzdirməyə aparmaq qərarına gəldilər. Hava bir az soyudu, günəş də buludların arxasına gizləndi, amma uşağı yaxşıca geyindirib parka apardılar. Parka gedib çatmaq üçün bir kilometr yol qət etmək tələb olunsa da, onlar qərarlarından dönmədilər. Qayıdanda sulu qar yağmağa başladı. Güclü külək az qala adamı yıxırdı, amma körpə sakitcə arabasında yatırdı. Uşaq arabasının divarları güclü küləyin təsirini amartizasiya edirdi, örtüyü isə qardan qoruyurdu.
Valideynlər üçün hava soyuq olsa da və Nailə həddindən artıq narahatçılıq keçirsə də, körpə üçün havanın heç bir qorxusu yox idi. Belə havanın bir ay da davam etməsinə baxmayaraq, valideynlər uşağı hər gün gəzməyə aparırdılar. Nəticədə İlyası canı bərkidi və bir il ərzində heç xəstələnmirdi.
Hamilə qalmaq üçün münasib günlər
Lazım olan analizlər veriləndən, peyvənd olunandan, sağlam həyat tərzi qurulandan və hətta uşağın dünyaya gəlməsi üçün vaxt təyin olunandan sonra sadəcə hamilə qalmaq tələb olunur. Hamilə qalmaq üçün ən münasib olan günləri bilmək lazımdır. Əgər sizin aybaşı dövrü orta hesab vaxt müddətində davam edirsə, bunu hesablamaq çətin deyil. Digər halda həkim-ginekoloq sizə kömək edə bilər.
Qadının orta menstrual sikli 28—30 gün təşkil edir. O, aybaşı dövrünün birinci günündən başlayaraq növbəti aybaşı dövrünün birinci gününə qədər davam edir. Əgər aybaşı dövrü stabil olaraq hər ay belə davam edirsə, hamilə qalmaq üçün hesablamalara keçmək olar. Menstrual siklin birinci yarısında yumurtalıqların birində follikul əmələ gəlir, bundan da öz növbəsində hazır olan yumurta hüceyrə peyda olur; bundan sonra 14—15-ci gündə isə ovulyasiya baş verir, yəni yetişir.
Yetişən yumurta hüceyrə ovulyasiyadan sonra iki sutka ərzində mayalanmaq, spematozoidlər isə eyakulyasiyadan sonra 4 sutka ərzində mayalandırmaq qüvvəsində olur. Buna görə də hamilə qalmaq üçün münasib vaxt periodu 6 gün təşkil edir.
Bir də təkrar edək: aybaşının başladığı gündən 14—15 gün sayırıq — həmin gün hamilə qalmaq üçün mümkün günlərin birincisidir. Üstünə 6 gün gəlirik, həmin bu günlər ərzində də hamilə qalmaq mümkündür. Bu dövr ərzində aktiv cinsi münasibətlərdə olsanız, hamilə qalmaq ehtimalı birə-beş artacaq.
Nina Başkirova.