Planlaşdırılan hamiləlik adətən 1 il gözlənilir. İlk növbədə, qadında menstrual dövr requlyar, falikulların tam yumurtlama dövrü, uşaqlıq borusunun yaxşı ötürücülüyü, endometriya qatının keyfiyyəti əsas götürülür.
Kişilərdə isə sperma sayının keyfiyyəti və hərəkətliliyi əsas amillərdəndir.
Əgər hamiləlik baş vermirsə bəzi faktorlara biz özümüzdə müdaxilə edib düzəltməyə çalışmalıyıq:
Siqaret çəkməkdən imtina edin: Alimlərin tədqiqatlarına əsasən siqaret çəkən kişilərdə spermotozoidlərin sayı çəkməyən kişilərin spermotozoidlərinin sayından 17% aşağıdır. Qadınların isə siqaret çəkməkdən imtina etmələri hamilə qalma şamslarını 30% ə qədər yüksəldir.
C və B vitaminləri qəbul edin: Araşdırmaya görə, gündəlik 1000 mq vitamin C istehlakı kişilərdə sperma sayını 140% qədər artırır.
Çəkinin normallaşdırın: Artıq çəki hormonların fəaliyyətinə təsir göstərir. Qadının hormonal sisteminin çatışmazlığı menstrual dövrünün pozulması ilə (qeyri-müntəzəm menstruasiya) ifadə edilir. Kişilərdə - adipoz toxumasının yığılmasına kömək edən qadın cinsiyyət hormonu estrogeninin həddindən artıq istehsalında piy qatının formalaşmasına gətirib çlxarır. Normal bədən kütləsinin indeksi 20-25 arasında olmalıdır.
Ovulyasiya vaxtını düzgün seçin: Ovulyasiya- aylıq menstrual dövrün ortasında baş verən, yumurtalıqları dölləşdirmək üçün ən əlverişli perioddur. Bu dövr asan görsənə bilər, lakin yumurta hüceyrələri yumurtalıqdan çıxdıqdan sonra 24 saat ərzində sağ qalırlar, spermotozoidlər isə 72 saat ərzində sağ qalırlar. Bu tezlikdə yumurta hüceyrələri keyfiyyətlərini itirməmiş spermatozoidlərin yumurta hüceyrələri ilə toqquşması prosesi baş verməlidir.
Ovulyasiya vaxtını düzgün seçmək: Cütlərin 50% -i ovulyasıya vaxtını yalnış seçərək şanslarını itirirlər.
Stressdən uzaq olun: Həyəcan və stress həddindən artıq hamiləliyə mane ola bilən, hormonların normadan artıq və ya az istehsalına səbəb olun, dölün düşməsinə qədər gətirib çıxara bilən ciddi səbəblərdir. Münaqişə vəziyyətlərindən qaçının, ailə və dostlarınızla daha çox ünsiyyət qurun, müsbət emosiyaları (hobbiləriniz ilə məşğul olun) əldə etməyin yollarını tapın.
Həkim - ginekoloqa müraciət edin: Övlad sahibi olmaq üçün hazırlaşan ailələr qadın məsləhətxanasını mütləq ziyarət etməlidir. Məsləhətxanalarda, kişilərdən sorğu aparılır (kişi sonsuzluğunun qarşısını almaq üçün) analızlər alınır. Alınmış spermoqramma məlumatları kişilərin reproduktiv sağlamlığı haqqında maksimum məlumat verir. Qadınlar isə endokrin sisteminin yoxlanılması məqsədi ilə hormonlardan analiz verməli, uzi (sonohistereskopiya), və ya rentgenoqrafiya (histerosalpinqoqrafiya) olunmalıdırlar.
Sağlam olun!