Müasir dövrdə çox insanlar gənc və gözəl olmaq üçün çalışırlar. Qırışlar və görünən yaşla bağlı dəri vəziyyəti əhəmiyyətli dərəcədə üz və bədən görünüşünü pozur. Xoşbəxtlikdən, bu gün daha yaxşı görünmək istəyən hər kəsə kömək edə biləcək çox sayda prosedurlar vardır.
Əsasən qadınlar kosmetik prosedurlara daha çox üz tuturlar. Lakin kişilərdə kosmetoloq ziyarətində ola bilirlər. Əsasən şəxs şou-biznes və ya incəsənət sahəsində fəaliyyət göstərirsə bu zaman kosmetoloq ziyarəti sıx-sıx baş verir.
Fotocavanlaşma barədə danışsaq, bu bir salon prosedurudur. Fotocavanlaşma prosedurunun nəticəsi həqiqətən də heyrətləndirici ola bilir. Bir çox klinikalar bu proseduru aparır. Doctortap vasitəsilə Sizə təqdim olunmuş bu linkdən https://www.doctortap.az/doctor_list/az/27/0/0/no/no/0 kosmetoloqlar arasından seçdiyiniz həkim - mütəxəssisin qəbuluna, onlayn olaraq sizə uyğun olan vaxtda yazıla bilərsiniz.
Prosedur zamanı pasientə gözlüklər taxılır. Gözlüklər gözlərinizi zərərli şüalardan qoruyacaq. Həmçinin üzə dərini yandırmaqdan qoruyan xüsusi qoruyucu kremlər tətbiq olunur. Krem, prosedur əvvəli və sonrası dəriyə çəkilir, dərini sakitləşdirir və xoşagəlməz duyğulardan xilas olmağa kömək edir.
Qeyd etmək lazımdır ki, bu prosedur olduqca mürəkkəbdir. Prosedurun bir sıra əks göstərişləri vardır ki, ilk öncə əks göstərişlər ilə tanış olmalıyıq:
Fotocavanlaşma proseduru üçün göstəricilər isə qeyd olunanlar olacaq:
Daha yaxşı nəticə üçün bir neçə seansa ehtiyac ola biləcəyini nəzərə almalısınız (orta hesabla 4-dən 6-dək). Prosedur zamanı yeni cihazların istifadə edilməsi vacibdir. Kosmetoloq həkim - mütəxəssisin təcrübəsinə də diqqət yetirmək lazımdır. Əlbəttə ki, yeni və müasir klinikaları seçmək yaxşıdır. Sizlərə təqdim etdiyimiz klinikalar bütün avadanlıqıar ilə təchiz olunmuşdur.
Sağlam olun!