Məlumat yoxdur
Bizimlə əlaqə
Bizimlə əlaqə
(055) 500 96 00
Hesabım
Hesabım

Eşitmə zəifliyi hansı səbəblərdən yaranır?

Eşitmə zəifliyi hansı səbəblərdən yaranır?

Eşitmə ilə bağlı qüsurlar hal-hazırki dövrdə fərqli yaş insanlar arasında müşahidə olunur, əvvəllər daha çox yaşlı insanlar eşitmə problemlərindən şikayət edirlər.

Bu tendensiyanın səbəbi nədir və nə üçün eşitmə problemləri yaranır?

Eşitmə problemlərinin yaranması çox vaxt aşağıda qeyd olunan amillərlə əlaqəli ola bilir:

  1. Güclü dərman vasitələrinin düzgün istifadə edilməməsi. Eşitmə itkisinə səbəb həqiqətən, uzun müddətli və ya anormal müalicənin yan təsiri ola bilər,
  2. Yüksək səs-küylü yerlərdə olmaq. Xüsusilə, bu cür məkanlara - klub və diskotekalar, çəkiliş zonaları, tikinti sahələri və sənaye atelyeləri daxildir,
  3. Eşitmə orqanlarının infeksiya xəstəlikləri - xüsusilə otitə tutulması. Uşaqlıq dövründə otit xəstəliyini keçirən şəxslərdə eşitmə qüsurları özünü 25 ildən sonra hiss etdirməyə başlayır,
  4. Genetik ötürülən xəstəliklər və ya anadangəlmə qüsurlar,
  5. Baş və ya qulaq zədələri,
  6. Yaş dəyişiklikləri.

Xəstəliyin profilaktikası kimi, səsli-küylü məkanlardan uzaq olma, qulaqcıqlarla müsiqi dinlənməsindən yan keçmək tövsiyyə edilir. Maraqlısı odur ki, xəstəliyin yaranmasında əsas faktor kimi məhz yeniyetmə və gənc yaşlarda eşitmə orqanlarına yüksək səslə gərginlik verilməsi göstərilir. 

Sağlam olun!

Otolarinqoloqlar (LOR)