Məlumat yoxdur
Bizimlə əlaqə
Bizimlə əlaqə
(055) 500 96 00
Hesabım
Hesabım

Dünyada koronavirusa yoluxanların sayı

Dünyada koronavirusa yoluxanların sayı

Dünya üzrə artıq koronavirusa yoluxanların sayı 40 milyona çatıb. Rəsmi rəqəmlərə inansaq, 39.7 milyon virusa yoluxma halı qeydə alınıb. Bu barədə ABŞ-ın Con Hopkins universiteti məlumat verib.

Bununla yanaşı, Çin hökuməti dondurulmuş balıq məhsulunda ilk canlı koronavirus nümunəsi aşkar edildiyi barədə məlumat veriblər. Bu, virusun qablaşdırma üzərində laboratoriyadan kənar uzun müddət qala bilməsi barədə ilk faktdır.

Böyük Britaniya hökuməti ümid edir ki, koronavirus vaksininin geniş istifadəsi artıq dekabr ayının sonunda başlayacaq. Vaksin Oksford universiteti tərəfindən Britaniya-İsveç dərman şirkəti olan “AstraZeneca” tərəfindən istehsal edilib.

Müsəlmanların əsas ibadətgahı olan Məkkə daxilində namazlar artıq bərpa edilib. Əl-Haram məscidinə giriş isə Səudiyyə Ərəbistanı sakinləri və krallıqda yaşayanlar üçün açıq elan edilib.

Sağlam olun!!!

İnfeksionistlər