Məlumat yoxdur
Bizimlə əlaqə
Bizimlə əlaqə
(055) 500 96 00
Hesabım
Hesabım

Dismorfofobiya nədir?

Dismorfofobiya nədir?

Dismorfofobiya - insanın öz bədənində olan çatışmamazlıqlarına yönəlik olmaq, həddindən çox kompleks edəcək dərəcədə diqqət yetirmək deməkdir. Bu kompleks adətən yeniyetməlik dövründə, insan psixikasının alınqan, kövrək vaxtlarında özünü biruzə verir. Bu fobiyanın əsas frazası - internet axtarış sistemində olduğu kimi " Dismorfofobiya yaşamaq istəmirəm " dir.

Statistikaya əsasən özünəqəsdlərin, intiharların bu fobiyada digər intihar səbəbləri ilə müqaisədə üstünlük təşkil edir. Dismorfofobiyanın diaqnostikası kriteryalar üzrə aparılır:

  • Xəstənin daima hər hansı ağır xəstəlik səbəbindən, eybəcərlik və ya digər patologiya səbəbindən kompleksi etməsi,
  • Əsasən bir və ya iki fiziki problemə yönəliklik,
  • Xəstə keçirdiyi hissləri - xəstəlik və ya faciə kimi izah edir,
  • Xəstə tez-tez öz çatışmamazlıqlarını dilə gətirməklə, ətrafdakılarda "yazıq" təəsüratı yaradır.
  • Xəstə öz narahatlıqlarının, eybəcərliyinin aradan qaldırılmasına mərkəzləşir.

Dismorfofobiyanın simptomları: 

- aynalar; - fotolar; - intihar fikirləri; - diqqətsizlik; -  fiziki cəhətdən əlilliyinə konsentrə olmaq; - qüsurunu düzəltmək üçün inadkar istək; fonunda yaranır.

Tez-tez xəstələr aynada öz qüsurlarına baxırlar, şəkillər çəkməkdən qorxurlar, müntəzəm olaraq intihar haqqında düşünürlər, dismorfofobiya simptomları obsesif şəkildə baş qaldırır. Qusurlarını aradan qaldırma yollarını axtarmaq hissi - xəstəni ümüdsiz, məyus edir. Əgər xəstə problemini həll etmək üçün vəsaiti və ya başqa həll etmə yolu yoxdursa, nəticə intihara gətirib çıxara bilir. Bu fobiya faciə ilə sonlana bilən xəstəliklərdəndir. Buna görə inadcıl dismorfofobiyanın müalicəsi vaxtında aparılmalıdır. 

Dismorfofobiyanın müalicəsi müxtəlif üsullarla aparılır. Bəzi mütəxəssislərin fikrincə, xəstənin sağalmasına xəstəni narahat edən problemin aradan qaldırılması kifayətdir. Çox hallarda isə bir problemin həllinin ardınca xəstə digər çatışmamazlıqları özündə axtarmağa başlayır. Bunun nəticəsində dismorfofobiya xəstələri tez-tez cərrahiyyə əməliyyatları keçirdirlər.

Dismorfofobiyanın müalicəsini psixoloqlar həyata keçirdirlər. Xəstəyə kompleks yanaşmanın nəticəsində xəstənin öz bədəninə etirazı olmayacaqdır. Müalicənin əsas məqsədi - bədənini necə varsa elə sevmək, özünü olduğun kimi qəbul etmək!

Sağlam olun!

Psixoloqlar