Məlumat yoxdur
Bizimlə əlaqə
Bizimlə əlaqə
(055) 500 96 00
Hesabım
Hesabım

Deputat: İstənilən özəl klinikaya koronavirus testi aparmağa şərait yaratmaq lazımdır

Deputat: İstənilən özəl klinikaya koronavirus testi aparmağa şərait yaratmaq lazımdır

Lazım olan şəraiti olan istənilən klinikaya koronavirus testi aparmağa imkan yaratmaq lazımdır. Doctortap.az-ın məlumatına görə, bu sözləri Milli Məclisin Əmək və Sosial Siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Komitə sədri test aparmağa qoyulan istənilən qadağanı düzgün saymır:

“Koronavirus testini laboratoriya şəraitində aparmağa imkanı olan istənilən özəl klinikaya bu testləri aparmağa imkan yaratmaq lazımdır. Bu məsələdə istənilən qadağa və ya məhdudiyyət qeyri-qanuni fəaliyyətlə nəticələnə bilər. Əgər bu sahədə sağlam rəqabət olsa, şəffaflıq da təmin olunar. Rəqabətin olmadığı mühitdə şəffaflıq yoxdur, təqdim edilən xidmətlərin qiyməti isə yüksəkdir və müştərilərin narazılığına səbəb olur”.

Quliyev qeyd edib ki, əslində ölkədə “COVİD-19” testi apara biləcək özəl klinikaların sayı kifayət qədərdir.

Doctortap.az Azərbaycanda “COVİD-19” testi aparılan klinikaların siyahısını təqdim edir:

1. “Referans” laboratoriyası;

2. “Leyla Medical Centr” klinikası;

3. “Memorial” klinikası;

4. “Bona Dea” klinikası;

5. Xüsusi Şəhər Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi;

6.”Caspian İnternational Hospital” klinikası;

7. “Sağlam Ailə” Ultralab mərkəzi;

8. “İnci” laboratoriyası;

9. “Baku Clinik” klinikası;

10. “Bakı Sağlamlıq Mərkəzi” klinikası;

11. Mərkəzi Neftçilər Xəstəxanası;

12. Mərkəzi Gömrük Hospitalı

Sağlam olun!!

 

İnfeksionistlər