Dağınıq ensefalomielit - baş beynin mərkəzi və periferik sinir sistemində iltihabi dəyişikliklərlə təzahür edir.
Bu xəstəliyin inkişafı mərkəzində müxtəlif otoimmun reaksiyalardır ki, bu da kəskin iltihabın ortaya çıxmasına gətirib çıxarır.
Bu patologiyanın xüsusi bir cəhəti vardır ki, sinir liflərini əhatə edən mielinli təbəqənin məhv edir. Düzgün seçilmiş müalicə zamanı xəstənin tam sağalması mümkündür.
Belə bir patoloji prosesi ilk dəfə ingilis həkimləri tərəfindən təxminən 200 il bundan əvvəl təsvir edilmişdir. O vaxtlar əhali arasında ensefalomielitin yayılması, aşağı səviyyədə olub.
Statistikaya görə, Moskvada 2001-ci ildə böyüklər arasında bu xəstəlik 50 nəfərdə rast gəlinmişdi. Qeyd etmək lazımdır ki, xəstəlik müxtəlif yaş qruplarında baş verə bilər.
Uşaqlarda bu xəstəliyin inkişafına daha çox rast gəlindiyi müşahidə edilmişdir.
Uşaqlar arasında ensefalomielitə daha çox rast gəlinməsinə baxmayaraq, xəstəliyi asan müalicə kursu ilə sağaltmaq olar. .
Baxmayaraq ki, xəstəlik çox vaxt uşaqlar üçün ciddi nəticələrə gətirməsədə, nadir hallarda baş verən ölümlə bitən ağır nəticələrədə səbəb ola bilir.
Bundan əlavə, bu patoloji prosesinin bəzən sklerozun meydana gətirməsinə kömək edə biləcəyi deyilir. Belə iltihabın baş verməsinin başlıca amili kimi immunitetin azalması göstərilir.
İmmunitet zəifliyi stress, pis vərdişlər, xroniki xəstəliklər fonunda yaranır. Bəzi alimlər isə bu xəstəliyin irsi faktorlarla əlaqəli olduğunu təsdiqləyirlər.
Sağlam olun!