Məlumat yoxdur
Bizimlə əlaqə
Bizimlə əlaqə
(055) 500 96 00
Hesabım
Hesabım

COVİD-19 Azərbaycanda

COVİD-19 Azərbaycanda

Azərbaycanda COVİD-19 virusu 2020-ci ilin 28 fevral tarixindən yayılmağa başlayıb. Məhz bu gün Nazirlər Kabinetinin tərkibində yaradılan Operativ Qərargah tərəfindən ölkədə koronavirusa yoluxma üzrə ilk hal qeydə alınıb. Virusa ilk yoluxan şəxs İrandan Azərbaycana keçən Rusiya vətəndaşı olub.

19 mart 2020-ci ildən Azərbaycanda COVİD-19-la bağlı rəsmi sayt, yəni koronavirusinfo.az saytı fəaliyyət göstərir. Bu portal Azərbaycanda virusla mübarizə ilə bağlı fəaliyyətə dair məlumat, virusa yoluxma statistikası, eyni zamanda vətəndaşlara məsləhətlər, əlavə məlumat üçün operatorla əlaqəni özündə birləşdirir.

Rəsmi statistikaya əsasən, Azərbaycanda 10.09.2020 tarixinə 37732 virusa yoluxma halı qeydə alınıb. 555 nəfər dünyasını dəyişib, 2058 aktiv koronavirus xəstəsi var. Ümumilikdə isə 980 min 978 test aparılıb.

Sadə qaydalara əməl etməklə koronavirusun qarşısını ala bilərsiniz:

-Əllərinizi tez-tez yuyun;

-Öskürəndə ağzınızı dirsəyinizlə tutun;

-Üzünüzə tez-tez toxunmayın;

-Sosial məsafə gözləyin;

-Ehtiyac yaranmadıqca evdən çıxmayın

Saglam olun!!!

 

 

İnfeksionistlər