Bəzi vərdişlər vardır ki, qadınlara gözəl və gənc qalmağa səbəb olur.
Bu dəfə Sizlərə faydalı vərdişlər haqqında danışacayıq...
- Səhərlər yaxşı əhval ruhiyyədə qalxmaq, dartınaraq - idman hərəkətləri etmək, yaxşı hadisələr haqqında düşünmək həmçinin güzgüyə təbəssümlə baxmaq gənc qalmağınıza kömək edəcəkdir. Gülüş insana xoş əhval ruhiyyə və pozitiv hisslər bəxş edir.
- Ac qarına 1 stəkan su içmək. Əgər bunu adət halına salsanız orqanizminizin sağlamlığı üçün çox gözəl şərait yaratmış olacaqsınız. Maddələr mübadiləsi güclənərək, mədə - bağırsaq traktını normada saxlayacaqdır.
- Həftəfə 3 dəfə idmanla məşğul olmaq. Gücünüz, əhvalınız, hava şəraiti yaxşı olmasa belə idmanla məşğul olmaq bədəninizi formada saxlamaq üçün sizə stimul vermiş olacaqdır.
- Gecələr yemək yeməmək. Bu sağlam qalmaq üçün ən sağlam vərdişdir. Əsasən yaş 30-u keçibdirsə. Gecə yeməyindən imtina bədən formasını normada saxlayacaqdır.
- Saat 9 - dan gec olmayaraq yatmaq. Bu vərdiş qadına cavan qalmağı vəd edir. 9 dan sonra orqanizm turşuluq hormonlarını ifraz edir, bu hormonun intensiv mənimsənilməsi qaranlıqda və yatan vaxtı baş verir.
Sağlam olun!