Məlumat yoxdur
Bizimlə əlaqə
Bizimlə əlaqə
(055) 500 96 00
Hesabım
Hesabım

Burunun rinoplastikası

Burunun rinoplastikası

Müasir rinoplastika burun formasının dəyişikliyi ilə əlaqədar olan tələbolunan və geniş yayılmış əməliyyatdır. Bu əməliyyatın köməyi olə burunun forma və ölçüsünü, burun dəliyini, anadangəlmə qüsuru, nəfəsalma problemini həll etmək olur. Rinoplastika ilə özünə inamı möhkəmləndirmək, daxili komplekslərdən qurtulmaq olar.

Rinoplastika ənənəvi olaraq ya yerli, ya da ümumi narkozla aparılır. Bu əməliyyatda çox şey əməliyyatın növü, müştərinin istəyi, əks-təsir və həkimin məsləhətindən asılıdır. Ümumi narkoz zamanı pasiyent bütün əməliyyat boyu yatır. Yerli narkoz zamanı isə əməliyyat olunacaq yer dondurulur.

Rinoplastikanın iki növü var: qapalı və açıq.

Qapalı rinoplastika zamanı burunun içində kiçik yarıqlar açılır. Bu yarıqlardan dəri aralanır və cərrahi əməliyyat həyata keçirilir. Bu zaman sağalma tez olur və estetik cəhətdən daha yaxşı görünür.

Açıq əməliyyat zamanı isə yarıqlar dərinin üzərində açılır, daha çox burun dəliyi tərəfdə. Bu əməliyyatın mənfi cəhəti odur ki, çox vaxt çapıqlar yaranır. Amma bu çapıqlar çox kiçik olur və bəzən görünmür.

Rinoplastikaya əsasən burun forması ilə bağlı problemlər səbəb olur. Bu problemlər anadangəlmə və ya sonradan yaranan qüsurlar, eyni zamanda burun formanızın xoşunuza gəlməməsi ola bilər. Əməliyyatla burun donqarını aradan götürmək, onun formasını dəyişmək, ölçüsünü kiçiltmək vəs.mümkündür.

Məsləhət və göstərişlər

Rinoplastika əməliyyatını 17 yaşda etmək mümkündür. Amma cərrahlar 20 yaşdan sonra bu əməliyyata müraciət etməyi məsləhət görürlər. Buna səbəb isə burun qığırdağının tam formalaşmasıdır.

Əməliyyatdan əvvəl mütləq bir sıra analizlər verilməlidir. Bunun səbəbi isə bəzi əks-göstərişləri istisna etməkdir.

Rinoplastikanın həyata keçirilməsinə aşağıdakılar əks-göstərişdir:

-Şəkərli diabet;

-Ağır böyrək və qara ciyər xəstəliyi;

-Ürək-damar sistemi xəstəlikləri;

-Qanın laxtalanma problemi;

-Onkoloji xəstəliklər;

-Orqanizmin iltihab-infeksiya patologiyası;

-Psixi pozğunluq;

-Epilepsiya

Əməliyyatdan sonra ağrı hissi pasiyentin fərdi fizioloji və psixoloji xüsusiyyətlərindən asılıdır. Hər bir insanın ağrıya dözümü fərqlidir. Kimsə orqanizmə müdaxiləni asanlıqla keçirir, kimsə isə bir damcı qan görən kimi huşunu itirir.

Rinoplastikadan sonra burun dəliyindən tamponları çıxardıqdan sonra ağrı hissi baş qaldıra bilər. Eyni zamanda narkozdan ayılmaya görə zəiflik və gücsüzlük də yarana bilər.

Əməliyyatdan sonra fəsadlar

Rinoplastikadan sonra müxtəlif fəsadlar yarana bilər. Amma düzgün qulluq və düzgün reabilitasiya dövründə bu fəsadlar tezliklə və ağrısız olaraq aradan qalxa bilər. Xüsusən də pasiyent əməliyyatdan sonra müalicə edən həkimin bütün göstərişlərinə əməl etməlidir. Rinoplastikadan sonra bu fəsadlar yarana bilər:

-Şiş;

-Qanaxma;

-İtihab;

-Piy vəzinin tutulması

Başqa hallarda mümkündür: qığırdaqların deformasiyası və toxumanın düzgün olmayan çapıqları. Əməliyyat uğursuz nəticələnəndə təkrar rinoplastika etmək variantı mövcuddur.

Unutmaq lazım deyil ki, istənilən əməliyyatdan əvvəl klinika və cərrahı dəqiqliklə seçmək lazımdır. Sizin nəinki sağlamlığınız, eyni zamanda xarici görünüşünüz də bu seçimdən asılı olacaq.

Düzgün həkim seçmək, həkim məsləhəti və qəbuluna yazılmaq üçün isə sizə www.doctortap.az saytı kömək edər.

Sağlam Olun!!!

Plastik cərrahlar