Məlumat yoxdur
Bizimlə əlaqə
Bizimlə əlaqə
(055) 500 96 00
Hesabım
Hesabım

Bronxial astma: səbəblər, simptomlar, müalicə

 Bronxial astma: səbəblər, simptomlar, müalicə

Bronxial astma - tənəffüs pozğunluğu, bronxda iltihablı dəyişikliklər, şişlik, bəlğəm meydana gəlməsi ilə müşayiət olunan tənəffüs yollarını daraldan xəstəlikdir. Xəstəliyin inkişafı erkən yaşlarda başlayır. Yetkinlik yaşına çatdıqda artıq çox uşaqlar müasir müalicə metodları nəticəsində tam müalicə olunurlar.

Astma səbəbləri: Astmanın əsas səbəbi xarici qıcıqlandırıcılara qarşı hiperhəssaslıqdır. Xəstəliyin baş verdiyi səbəblər arasında əsas rol genetik meyl, ətraf mühit faktorları (alerjik reaksiyalar, tənəffüs yolu infeksiyası) durur. Astma pristuplarının yaranma səbəbləri:

  • Allergenlər: yun, ev heyvanlarının kəpəkləri, toz, ağac və ya bitkilərdən ətrafa yayılan toz,
  • Virus və ya bakterial infeksiyalar: qrip, sinusit, bronxit,
  • Ətraf aləmdən gələn iy, parfum iyi, siqaret tüstüsü, qaz,
  • Dərman vasitələri: misal olaraq  asetil turşusu (aspirin),
  • Stress, qorxu, həyəcan,
  • Soyuq havalarda fiziki gərginlik,
  • Qida allerjisi.

Astmanın qarşısının alınması:

Astma hücumlarının qarşısını almaq üçün, qıcıqlandırıcı faktorları müəyyən etmək lazımdır. Təmiz ev, tozun olmaması, heyvanların saçlarının olmaması pristupların təkrarlanmasının qarşısını alacaqdır. Əgər siqaret çəkirsinizsə, sağlamlıq naminə pis vərdişinizdən imtina edin. Astma pristuplarının tezliyini azaltmaq üçün həkiminizin təyinatlarını məsuliyyətlə yerinə yetirin.

Sağlam olun!

Otolarinqoloqlar (LOR)