Məlumat yoxdur
Bizimlə əlaqə
Bizimlə əlaqə
(055) 500 96 00
Hesabım
Hesabım

Böyrəkdə daş: yaranma səbəbi, simptomlar və müalicə üsulları

Böyrəkdə daş: yaranma səbəbi, simptomlar və müalicə üsulları

Böyrək daşı xəstəliyi- xroniki, təkrarlanan metabolik xəstəlikdir. Bu xəstəlik sidik sistemi, yəni böyrək, sidik yolu və sidik kanalında daşların olması ilə xarakterizə edilir.

Böyrək daşı xəstəliyinin əsas yaranma səbəbi maddələr mübadiləsinin pozulmasıdır. Bu zaman yaranan əriməyən duzlar daşları yaradır. Daşların sayı və yerləşmə yeri müxtəlif ola bilər.

Böyrək daşı xəstəliyinin yaranmasına qida faktorları da səbəb ola bilər. Məsələn, pis və çirkli su, eynicür qidalanma, regionun iqlim şərtləri, , çox isti iqlim, müəyyən tibbi preparatlar, sidik sisteminin anomal inkişafı, hiperparatireoz, A və D vitamin çatışmazlığı, sidik sisteminin xroniki soyuqdəymə xəstəliyi (pielonefrit, sistit) və eyni zamanda irsi faktor.

Yaranma səbəbi və tərkibinə görə daşlar bir neçə növə ayrılır:

-Kalsium- 70 faizə qədər,

-Sidik turşusu-12 faizə qədər,

-İnfeksiya yoluxmuş-15 faizə qədər,

-Sistin-2-3 faizə qədər.

                                                 Simptomlar

Daşın yerləşmə yerindən asılı olaraq pasientdə müxtəlif simptomlar üzə çıxa bilər. Bu xəstəlik üçün əsas simptomlar aşağıdakılardır:

-Kəskin ağrılar. Daş böyrəkdə yuxarı kanalda olanda bir qayda olaraq bel və qabırğa altından kəskin ağrı verir. Ağrı həm kəskin, həm də küt ola bilər. Sancılar arasında 20-60 dəqiqə intensivlik də ola bilər. Bəzən fiziki gərginlik, bol miqdarda maye qəbulu və sidikqovucu dərmanlar bu ağrını dəf edir. Daşın kanalda hərəkəti ilə bağlı olaraq ağrı da dəyişir. Ağrı qurşaqdan qarına, qarın altına, xayalara, budun daxili nahiyəsinə keçir.

Bu zaman paralel olaraq tez-tez sidiyə getmə də baş verir. Vacib olan faktor odur ki, böyrək daşı xəstəliyini kəskin kor bağırsaq, kəskin xolesistit, kəskin pankreatit, bağırsaq keçməzliyi, qrija, ektopik hamiləlik, mədə xorası, on iki barmaq bağırsağın xoası kimi kəskin xəstəliklərlə dəyişik salmayasınız. Bu səbəbdən də sözügedən simptomlarla qarşılaşan kimi dərhal həkimə müraciət edin və problemin səbəbini müəyyən edin.

-Sidikdə qan. Böyrək daşı xəstəliyi zamanı sidikdə qan varsa, bunun səbəbi daşdır. Tünd və çöküntülü, pis qoxulu sidik də daşın düşməsindən xəbər verə bilər.

-Ümumi vəziyyətin pisləşməsi, xüsusən də ürəkbulanması, qusma. Bu simptomlar əsasən pielonefrit, yəni iltihabın yaranması üçün xarakterikdir.

-Daş və qumun tökülməsi. Daş töküləndə yüksək tempratur və titrəmələrə səbəb ola bilər.

Böyrək daşı xəstəliyi zamanı müayinə

Yuxarıda qeyd edilən şikayətlər zamanı həkim uroloqa müraciət etmək lazımdır. Həkim ehtiyac yarananda əlavə müayinələr təyin edir və müalicə barədə qərar verir.

Əsas müayinələr:

-Anamnez toplanması, pasienti müayinə etmək,

-Ümumi sidik və qan analizi,

-Sidik yolu sistemlərinin UZİ rentgeni

Əlavə müayinələr:

-Kompüter tomoqrafiyası,

-Sidiyin antibiotiklərə qarşı həssaslığını müəyyən etmək sidik kanallarında infeksiyaları və iltihabın, soyuqdəymənin səviyyəsini təyin etməyə imkan verir.

Müalicə

-Medikamentoz müalicə- daşın bu yolla düşməsini nəzərdə tutur,

-Medikamentoz müalicə-daşın əriməsini nəzərdə tutur,

-Açıq cərrahi müdaxilə,

-Litotripsiya,

-Endoskopik kontakt litotripsiya,

-Endoskopik cərrahi müdaxilə.

Hansı üsulun seçilməsini isə bütün böryək daşı xəstəliklərinin müalicəsi və diaqnostikası üçün lazım olan ən müasir avadanlıqlarla təchiz olunmuş peşəkar həkim-uroloq təyin edə bilər.

Sağlam olun!

Uroloqlar