Məlumat yoxdur
Bizimlə əlaqə
Bizimlə əlaqə
(055) 500 96 00
Hesabım
Hesabım

Baş agrısının 7 qeyri-adi səbəbləri

Baş agrısının 7 qeyri-adi səbəbləri

Baş ağrısı ən yayılmış pozulmalardan biridir. Baş ağrısının səbəbləri çoxdur. Lakin bəzən insanda baş ağrısına gözlənilmədən bir faktor səbəb olur. 

Sizə baş ağrısının qeyri-adi səbəblərini təqdim edirik: 

1. Havanın kəskin dəyişilməsi. Bizim ölkəmizdə bu xüsusilə aktualdır. 
2. Soyuq havada başı açıq gəzmək. Bu halda baş damarları sıxılır və baş ağrısı əmələ gəlir. 
3. Qadınlarda saçların sıx yığılması, sıx ləçəklərin bağlanması və s. 
4. Qoxular (xüsusilə boya, lak, tünd parfümlər, bəzi güllərin qoxusu). 
5. Susuzluq. Həkimlər baş ağrısı zamanı su içməyi tövsiyə edirlər. Bir çox hallarda bu baş ağrısınız azalmasına səbəb olur. 
6. Səs-küy. Konsert, toy, diskoteka və s. kimi səs-küylü yerlərdə olmaq baş ağrılarına səbəb ola bilər. 
7. Narahat ayaqqabı. Maraqlıdır ki, narahat, hündürdaban ayaqqabıda uzun müddət ərzində gəzmək də baş ağrılarına səbəb ola bilər.

Terapevtlər