Məlumat yoxdur
Bizimlə əlaqə
Bizimlə əlaqə
(055) 500 96 00
Hesabım
Hesabım
Məlumat yoxdur
Seymur Musayev Cərrah həkimi Mərkəzi Neftçilər Xəstəxanası hekimi

Seymur Musayev

İxtisası
İş təcrübəsi
19 il iş təcrübəsi

Ürək-damar cərrahı, Tibb üzrə fəlsəfə doktoru

Ürək-damar cərrahı, Tibb üzrə fəlsəfə doktoru

  • Həkim haqqında ətraflı məlumat Haqqında
  • Pasientin fikirləri (0) Rəylər (0)
  • Oxşar həkimlər Oxşar həkimlər

Həkim haqqında

  • 2005 - Türkiyənin İzmir şəhərində “Şifa Xəstəxanalar Qrupu”da ürək-damarın cərrahiyəsi şöbəsində aparılan ürək-damar əməliyyatlarında fəal iştirak etmiş və xəstələrə intensiv terapiyaya dair məsləhətlər aparıb.
  • 2005-bugünədək - Mərkəzi Neftçilər Xəstəxanasının “Ürək-damar cərrahiyəsi şöbəsi”ndə ürək-damar cərrahı işləyir. Bu illər ərzində onun rəhbərliyi altında yüzlərlə uğurlu əməliyyat həyata keçirilib.
  • “Ürək və damar xəstəlikləri mərkəzi”nin rəhbəri Rəşad Mahmudovla birlikdə 4000-dən çox və həmçinin regionlarda (Naxçıvan, Lənkəran, Şirvan, Qəbələ, Zaqatala, Qazax, Gəncə) açılmış yeni diaqnostik mərkəzlərdə 170-dən artıq açıq ürək əməliyyatları aparıb.

Kurslar

  • 2005-ci ildən xaricdə keçirilən 8 beynəlxalq konfransın və Azərbaycanda keçirilən 2 beynəlxalq konfransın iştirakçısıdır.
  • 2006 - Türk Ürək-damar Cərrahiyəsi Dərnəyinin “9-cu Beynəlxalq Konfransı”nın iştirakçısı, Antalya, Türkiyə
  • 2007 - Türk Ürək-damar Cərrahiyəsi Dərnəyinin “1-ci damar cərrahiyəsi simpozyumu”da “Periferik damar və aort cərrahiyəsi” mövzusunda keçirilən simpozyumun iştirakçısıdır. Çanaqqala, Türkiyə.
  • 2007 - “Azərbaycan Kardiovaskulyar Cərrahlar Assosiasiyası” İB-nin “Anadangəlmə ürək qüsurlarının müalicəsində yeniliklər və ağciyər hipertenziyası” mövzusunda keçirilən simpozyumda iştirak edib. Bakı, Azərbaycan.
  • 2008 - Türk Ürək-damar Cərrahiyəsi Dərnəyinin “10-cu Beynəlxalq Konfransı”nın iştirakçısıdır. Çeşmə, İzmir, Türkiyə.
  • 2009 - “Açıq Tibb İnstitutu”, “Nyu-York – Presviterianın Xəstəxanası”, “Bakı Təhlil və Məlumat Mərkəzi” və “Mərkəzi Neftçilər Xəstəxanası”nın birgə keçirdiyi 15 saatı əhatə edən Beynəlxalq “KARDİOLOGİYA OMİ SATELLİTE” simpozyumda iştirak edib. Bakı, Azərbaycan.
  • 2009 - “Türkiyə Ürək və Səhiyyə Fondu”nun “Kardiologiya və ürək-damar cərrahiyəsinə dair yeniliklər” mövzusunda keçirdiyi “5-ci Beynəlxalq Konqres”in iştirakçısıdır. Antalya, Türkiyə.
  • 2009 - “Türkiyə Ürək və Səhiyyə Fondu”nun “ESC GUCH” mövzusunda keçirdiyi kursun iştirakçısıdır. Antalya, Türkiyə.
  • 2009 - “Türkiyə Ürək və Səhiyyə Fondu”nun “Ürək morfologiya” mövzusunda keçirdiyi kursun iştirakçısıdır. Antalya, Türkiyə.
  • 2010 - “Kardiologiya və ürək-damar cərrahiyəsinə dair yeniliklər” mövzusunda keçirilən “6-cı Beynəlxalq Konqres”lə əlaqədar olaraq “59-cu ESCVS Beynəlxalq Konqres”in iştirakçısıdır. Çeşmə, İzmir, Türkiyə.