1990-cı ildə (avqust-oktyabr) Rusiya Federasiyası Moskva şəhərində Ümumittifaq ana və uşaq səhhətinin qorunması üzrə Elmi Tədqiqat Mərkəzində Yenidoğulmuşların reanimasiyası və intensiv terapiyası şöbəsində həkim-reanimatoloq vəzifəsində çalışmışdır.
1990-1994-cü illərdə Rusiya Federasiyası Moskva şəhərində Ümumittifaq ana və uşaq səhhətinin qorunması üzrə Elmi Tədqiqat Mərkəzində “Neontalogiya” ixtisası üzrə əyanı aspirantura təhsili almışdır.
1994-1996-cı illərdə Rusiya Federasiyası Moskva şəhərində Ümumittifaq ana və uşaq səhhətinin qorunması üzrə Elmi Tədqiqat Mərkəzində Yenidoğulmuşların reanimasiyası, intensiv terapiyası və azçəkili körpələrin bəslənməsi şöbəsində həkim-reanimatoloq vəzifəsində çalışmışdır.
2000-2015-ci illərdə Leyla Şıxlinskaya klinikasında həkim neontoloq vəzifəsində çalışmışdır.
2015-ci ildən etibarən “German Hospital”da pediatriya şöbəsinin müdiri vəzifəsində çalışır.
Təhsili
1982-1988-ci illərdə Azərbaycan Tibb Universitetində Pediratiya fakültəsində təhsil almışdır.
1988-1990-cı illərdə Rusiya Federasiyası Moskva şəhərində Ümumittifaq ana və uşaq səhhətinin qorunması üzrə Elmi Tədqiqat Mərkəzində pediatriya –neonatologiya ixtisası üzrə kliniki ordinantura keçmişdir.
Kurslar
1990-1993-cü illərdə neonatologiyada ultrasəs funksional diaqnostikası, yenidoğulmuşların anesteziya və reanimasiyası üzrə kurs keçmişdir.
2014-cü ildə Ə.Əliyev adına Həkimlərin Təkmilləşdirmə İnstitunda “neontalogiyanın aktual məsələləri” üzrə kurs keçmişdir.