1986-cı ildə Moskva Tibb-Stomatoloji Universitetinə daxil olub.
1992-ci ildə Azərbaycan Milli Onkologiya Mərkəzində işləməyə başlayıb.
1997-1998-ci illərdə "Qırtlaq xərçənginin epidemiologiyası" adlı dissertasiyasını müdafiə edərək "Tibb elmləri namizədi" elmi dərəcəsini almışdır.
1997-1998-ci illərdə Moskvada Bloxin adına Elmi-Tədqiqat Mərkəzində çalışıb.
2010-cu ildən uzun illər ərzində Milli Onkologiya Mərkəzinin "Baş-boyun şişləri' şöbəsinin müdiri olmuşdur.
2012-2013-cü illərdə Türkiyənin İzmir şəhərində Ege Universitetində Qulaq-burun-boğaz şöbəsində çalışmışdır.
Türkiyə və Rusiyada təkmilləşdirmə və elmi-praktik konfranslarda, onkoloji konqreslərdə iştirak etmişdir.
2017-ci ildə Rusiyanın Sankt-Peterburq şəhərində "Belıe noçi" onkoloqların qurultayında iştirak etmişdir.
2018-ci ildə Soçidə MDB və Avrasiya ölkələri onkoloqlarımın 10-cu qurultayında çıxış edərək təcrübəsini həmkarları ilə bölüşmüşdür.
50-ə yaxın elmi məqalə müəllifidir.
Hal hazırda Baku City Hospitalda çalışır .
Baş-boyun şişlərinin (qırtlaq xərçəngi, ağız boşluğu xərçəngi, dil xərçəngi, üst və alt dodaq xərçəngi, tüpürcək vəzi xərçəngi) müayinə və müalicəsi ilə məşğuldur.