Hal hazırda - Respublika Müalicəvi Diaqnostika Mərkəzi
Təhsili
Azərbaycan Tibb Universiteti, Müalicə-profilaktika fakültəsi – 1998-2004;
Rusiyanın Moskva şəhərində yerləşən A.N.Bakulev adına Ürək-Damar Cərrahiyyəsi Elmi-Tədqiqat Mərkəzində ürək-damar cərrahı, klinik ordinatura – 2004-2006;
Rusiyanın Moskva şəhərində yerləşən A.N.Bakulev adına Ürək-Damar Cərrahiyyəsi Elmi-Tədqiqat Mərkəzində ürək-damar cərrahı, aspirantura – 2006-2009;
Mərkəzi Neftçilər Xəstəxanasında ürək-damar cərrahı kimi fəaliyyət göstərib – 2009-2012;
Respublika Diaqnostika Mərkəzində ürək-damar cərrahı vəzifəsində çalışır – 2012-ci ildən bu günədək.
Kurslar
Berlində yerləşən Charite Xəstəxanasında Avropa tələbələrinin 17-ci konfransında minimal invaziv koronar cərrahiyyə haqqında elmi işini təqdim edib – 2006;
İzmirdə Türk Kalp ve Damar Cerrahisi Derneğinin 10-cu Ulusal Kongresi – 2008;
Antalyada Türk Kalp ve Damar Cerrahisi Derneğinin 11-ci Ulusal Kongresi – 2010;
Qazaxıstanın Astana şəhərində “Advanced Cardiac Workshop” – 2012;
Bakıda Respublika Diaqnostika Mərkəzində “Mitral qapaq təmiri” kursu – 2014;
İstanbulda “Aort qapaq təmiri” kursu – 2014;
Antalya Türk Damar ve Endovasküler Cerrahi Derneğinin 17-ci Kongresi – 2015;
Almaniyanın Leypsiq şəhərində Herzzentrum Leipzig Xəstəxanasında “Minimal invaziv ürək cərrahiyyəsi” kursu – 2017;
İtaliyanın Roma şəhərində “ISMICS (The International Society for Minimally Invasive Cardiothoracic Surgery) Annual Meeting” – 2017;
Almaniyanın Ştutqart şəhərində Robert Bosch Xəstəxanasında “Minimal invaziv ürək cərrahiyyəsi” kursu – 2018;
Ankara TOBB ETU Xəstəxanasında “Minimal invaziv ürək cərrahiyyəsi” kursu – 2018;
İstanbul “Siyami Ersek” Ürək-damar Xəstəxanasında kursda iştirak edib – 2019;
Hollandiya Maastrixt şəhərində “Minimal invaziv qapaq” kursu – 2019;
Avstriyanın İnsbruk şəhərində “Minimal invaziv qapaq cərrahiyyəsi” kursu – 2019;
Portuqaliyanın Lissabon şəhərində “33th EACTS Annual Meeting” – 2019;
Istanbul Medical Park Xəstəxanasında “Minimal invaziv ürək cərrahiyyəsi” kursu – 2019;
Moskvada (2006-2009) və Bakıda təşkil olunan əksər ürək-damar cərrahiyyəsi toplantılarında və 2009-cu ildən (hər 2 ildən bir) keçirilən Bakı Ürək Günləri beynəlxalq konqreslərində aktiv iştirak etmişdir
Prosedurlar
Aorta-koronar şuntlama (ürəyin tac damarları üzərində əməliyyatlar);
Ürək qapaq əməliyyatları (protezləşdirmə və plastika);
Aorta üzərində əməliyyatlar (anevrizma və disseksiyaların cərrahiyyəsi);
Böyüklərdə anadangəlmə ürək qüsuru əməliyyatları (12 yaşdan yuxarı);
Minimal invaziv ürək əməliyyatları (5-7 sm-lik kiçik kəsiklə və döş sümüyünü kəsmədən qabırğa arasından koronar, qapaq və anadangəlmə ürək qüsuru əməliyyatları);
Yuxu arteriyası üzərində əməliyyatlar (karotis arteriya cərrahiyyəsi).
Məmmədov Elman