2000-2006- cı illərdə Azərbaycan Tibb Universitetinin Pediatriya fakultəsində təhsil alıb.
2006-2007-ci illərdə Uşaq Nevroloji Xəstəxanasında internatura müddətin keçib.
Kurslar
2013-cü ildə Həkimlərin Sertifikasiyası kursunu keçmişdir.
2015-ci ildə Şişli Etfal Eğitim və Araştırma Xəstəxanasında təcrübə müddətin keçib.
2015-ci ildə Türkiyədə "Denver 2 gelişimsel tarama testi" kursunu keçmişdir.
2016-cı ildə "II Beynəlxalq Uşaq Xəstəlikləri simpoziumun"da iştirak etmişdir.
2016-cı ildə "Klinik Neyrofizioloji EEQ-EMQ dərnəyi"də iştirak etmişdir.
2018-ci ildə Həkimlərin Sertifikasiyası kursunu keçmişdir.
Prosedurlar
Yenidoğulmuş uşaqda aşağıda qeyd olunan simptomlar gördükdə uşaq nevroloquna müraciət etmək məsləhət görülür:
körpə tez-tez gəyirir, yeməkdən sonra qusur, çəkisini zəif artırırsa;
az aktivdirsə və ya əksinə, həddən artıq narahatdırsa və bu narahatlıq ətraf mühitdə, hətta cüzi dəyişkənlik baş verdiyi zaman artırsa;
sakit vəziyyətdə və xüsusilə də ağlayan zaman çənənin, həmçinin yuxarı və ya aşağı ətrafların titrəməsi müşahidə edilirsə;
tez-tez və səbəbsiz diksinirsə, yuxuya çətin gedirsə və bu zaman onun yuxusu səthi, qısamüddətli olursa;
yan böyrü üstündə yatarkən başını daim arxaya doğru əyirsə;
baş ölçüləri çox tez və ya əksinə olaraq, çox ləng böyüyürsə;
gözlərdə çəpləşmə müşahidə edilirsə ;
daim başını bir tərəfə çevirməyə çalışırsa (əyriboyunluq);
keysər kəsiyi əməliyyatı ilə, sağrı gəlişi ilə doğulubsa, doğuş zamanı ginekoloji maşa tətbiq edilibsə, körpə vaxtından əvvəl və ya böyük çəki ilə doğulubsa, əgər ciftin dolanması baş veribsə, doğum evində olarkən uşaqda qıcolmalar müşahidə edilibsə.