1997-1999-cu illərdə Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibb bacısı işləyib;
2000-ci ildən etibarən Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun Anesteziologiya şöbəsində həkim-kardioloq kimi çalışmışdır;
Respublika Diaqnostika Mərkəzində fəaliyyət göstərir – 2012-ci ildən bu günədək.
Təhsili
1993-1999-cu illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində təhsil alıb;
1999-2000-ci illərdə Elmi-Tədqiqat Kardiologiya İnstitutunda internatura keçib.
Kurslar
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda Exokardioqrafiya üzrə ümumi təkmilləşmə kursu – 2010;
2011-ci ildə Almaniyada kliniki kardiologiya üzrə kurs keçib;
Belarus Respublikası Səhiyyə Nazirliyinin “Kardiologiya” Respublika Elmi-Təcrübə Mərkəzində “Ürək xəstəliklərinin ultrasəs diaqnostikası” üzrə təcrübə keçmişdir – 2014;
Rusiya Federasiyası Səhiyyə Nazirliyinin V.A.Almazov adına Milli Tibbi Tədqiqat Mərkəzində “Aritmiyası olan pasiyentlərə nəzarət alqoritmləri” üzrə ixtisasartırma kursu – 2018;
Rusiya Federasiyası Səhiyyə Nazirliyinin V.A.Almazov adına Milli Tibbi Tədqiqat Mərkəzində “Ürək ritminin və keçiriciliyinin pozuntularının EKQ-diaqnostikası” üzrə ixtisasartırma kursu – 2018.