Məlumat yoxdur
Bizimlə əlaqə
Bizimlə əlaqə
(055) 500 96 00
Hesabım
Hesabım
Məlumat yoxdur
Ceyhun Hüseynov Fleboloq, Cərrah həkimi Bakı Flebologiya mərkəzi hekimi

Ceyhun Hüseynov

İxtisası
İş təcrübəsi
29 il iş təcrübəsi
Qəbul qiyməti
50.00

Doktor Ceyhun Hüseynov — Tibb Elmləri Namizədi, təcrübəli cərrah, həkim-fleboloq, damar patologiyaların (ateroskleroz, trofik xora, damar çatışmamazlığı və s.) müalicəsini (konservativ) həyata keçirir. Mütəxəssis damarların diaqnostikasını (rəngli dopler), skleroterapiya (genişlənmiş kapilyarların «iynə metodu» ilə müalicəsi), köpük skleroterapiyası, exoskleroterapiya (ultrasəs aparatı nəzarəti ilə köpük skleroterapiyası) kimi prosedurları və həmçinin lazer üsulu ilə icra olunan bütün növ varikoz əməliyyatları peşəkarlıqla həyata keçirir.

  • Həkim haqqında ətraflı məlumat Haqqında
  • Pasientin fikirləri (1) Rəylər (1)
  • Oxşar həkimlər Oxşar həkimlər
Babayeva Elmira
Razı qaldıq

Həkim haqqında

  • 1995-1998-ci illərdə 5 №-li şəhər klinik xəstəxanasının həkim ordinatoru vəzifəsində işləyib.
  • 1998-2005-ci illərdə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda damar cərrahiyyəsi kafedrasında assistant vəzifəsinində çalışıb.
  • 2005-ci ildən müxtəlif klinikalarda fleboloq-cərrah kimi fəaliyyət göstərir.
  • Hal-hazırda — «Bakı Flebologiya Mərkəzi» — Cərrah-fleboloq;

Təhsili

  • 1994-cü ildə Azərbaycan Dövlət Tibb Universitetinin 1-ci müalicə-profilaktika fakültəsini bitirib.
  • 1994-1995-ci illərdə 5 №-li şəhər klinik xəstəxanasında cərrahiyyə üzrə internatura keçib.

Kurslar

  • 1998-ci ildə Gürcüstan Respublikasında prof. Kuzanov İ.İ. yanında “Estetik və plastik rekonstruktiv mikrocərrahiyyə” kursu keçmişdir.
  • 2002-ci ildə Rusiya Federasiyasında REA Elmi Cərrahiyyə Mərkəzində “Damarların ultrasəs müayinəsi – doppleroqrafiya” kursunda olmuşdur.

Assosiasiya

  • 2008-ci ildə Ali Attestasiya Komisiyyası tərəfindən Tibb Elmi üzrə Fəlsəfə Doktoru adına layiq görülmüşdür. 10 elmi məqalənin və metodik vəsaitin müəllifidir.

Prosedurlar

  • pasientlərin konsultasiyası və müalicələrin təyinatı;
  • rəngli Doppler müayinəsi;
  • skleroterapiya (genişlənmiş kapilyarların «iynə metodu» ilə müalicəsi)
  • köpük skleroterapiyası;
  • exoskleroterapiya (ultrasəs aparatı nəzarəti ilə köpük skleroterapiyası);
  • LAZER üsulu ilə icra olunan bütün növ VARİKOZ əməliyyatları;
  • konservativ müalicə.