Bir müddət Bişkek şəhərində Respublika doğum evində mama ginekoloq vəzifəsində çalışmışdır.
2014-cü ildə Bakıda sertifikasiya komissiyasından keçmişdir.
Son illərdə Sumqayıt şəhərində Real Tibb mərkəzində və Bakıda Caspian international hospitalda mama-ginekoloq vəzifəsində çalışmışdır.
2017-ci ildə Rusiyanın Kazan şəhərində Ginekologiyada endoskopik cərrahiyyə kursu və Moskvada Mamalıqda təxirəsalınmaz hallar mövzusunda kurs keçmişdir.
20-yə yaxın elmi məqalələrin müəllifidir.
Hazırda German Hospitalda ginekologiya və doğum şöbəsinin müdiri vəzifəsində çalışır.
Təhsili
1989-cu ildə Qırğızıstan Dövlət Tibb Akademiyasına daxil olmuşdur.
1997-ci ildə ali məktəbi bitirib,2 il ərzində "Mamalıq və ginekologiya" üzrə kliniki ordinatura keçmişdir.
2000-ci ildə KDTA-nın aspiranturasına daxil olmuş və 2003-cü ildə bitirmişdir
"Xoşxassəli şişlərin yaranması və qadın reproduktiv sistemində hiperplastik proseslere qalxanabənzər vəzin hipofunksiyasının təsiri" mövzusunda dissertasiya müdafiə etmiş və tibb elmləri namizədi adına layiq görülmüşdür.