2005-2012 – ci il tarixlərdə Odlar Yurdu Universiteti, Müalicə - işi fakültəsində təhsil almışdır.
2011- 2016 - ci il tarixlərdə Kiyevdə Personalın İdarə Olunması üzrə Dövlətlərarası Akademiya, Heydər Əliyev adına Sosiologiya - Psixologiya İnstitutunda, Praktik - psixoloq ixtisasına yiyələnmişdir.
2011 – ci ildə Almaniya, BadenBaden “İnternational Academy for Homotoxicology”-də onlayn təhsil almışdır.
Kurslar
2013-cü il tarixdə Ümumi Psixoterapiya kursunu uğurla bitirmişdir.
2013-cü il tarixdə Neyro Lingvistik Proqramlaşdırma (NLP) kursunu uğurla bitirmişdir
2014-2015-ci il tarixdə Ankara, Türkiyə Yıldırım Bəyazid adına təhsil və araşdırma xəstəxanasında, Audiologiya üzrə ixtisasartırma kursu keçmişdir.
2015-ci il tarixdə Eşitmə protezləşdirilməsinin müasir aspektləri elmi-praktiki konfransının iştirakçısı olmuşdur.
2015-ci il tarixdə Kiyevdə prof. A.İ. Kolomiyçenko adına LOR institutunun Audiologiya və Vestibulogiya laboratoriyasında İ. A. Belyakovanın rəhbərliyi altında audiologiya və vestibulogiya üzrə kurs və təcrübə keçmişdir.
Prosedurlar
Eşitmənin skrininq müayinəsi
Otoakustik emisyon-TEOAE
Audiometriya-(Saf səs audiometriyası, Oyun audiometriyası)
Timpanometriya
BERA (eşitmənin beyin sapı cavabları)
Koxlear İmplantlı və eşitmə cihazlı şəxslərin eşitməsinin təyini