Məlumat yoxdur
Bizimlə əlaqə
Bizimlə əlaqə
(055) 500 96 00
Hesabım
Hesabım

Ayaq tərləməsinin səbəbi və qarşısını necə almaq olar?

Ayaq tərləməsinin səbəbi və qarşısını necə almaq olar?

Bütün sirr ayaqlardakı tər vəzisində cəmlənir. Maraqlıdır ki, tərin özü demək olar ki, heç bir qoxuya malik deyil.

Bunun səbəbi tərləmə prosesində sürətlə artan bakteriyalardır. Bakteriyalar dərinin səthindəki toxumaları parçalayır və beləliklə xoşagəlməz iy yaranır.

Bu proses isti havalarda və fəal fiziki iş zamanı güclənir. Həddan artıq tərləməyə həyəcan, qorxu, stress və ya sevgi hisslərinin yaşanması səbəb ola bilər.

Bəzən ayaqlar çox tərlədikdə böyük problemlərlə üzləşmək olur. Yalnız şəxs deyil, bu problemdən ətrafdakılarda narahat ola bilirlər.

Belə bir xoşagəlməz haldan qaçmaq üçün nə edilməlidir?

Tövsiyyələr:

Ayağınız çox tərli olduqda, aşağıda qeyd olunan məsləhətlər problemin qarşısını almağa kömək edə bilər:

  • Formalin məhlulu ilə (10%) ayaqları silmək faydalı olacaqdır. Ayaqlarınız yuyulduqdan sonra yatağınıza getmədən öncə ayaqlarınızı formalin məhlulu ilə silin. Bu prosedur həftədə 3-4 dəfə təkrarlanır. Ayaq barmaqlarını isə formalin məhluluna isladılmış tamponla silmək olar;
  • Dezinfeksiya məhulunu (10%li) odekolon ilə isladıb istifadə edə bilərsiniz;
  • Kalium permanqanatın əlavə olunması ilə isti vanna qəbul edib ayaq tərləməsinin qarşısını ala bilərsiniz;
  • Ayaqlar daha çox ayaqqabıda tərləyirsə, ayaqqabı içliyi çıxarılaraq qurumağa buraxılmalıdır. Yaxşı olardı ki, iki cüt ayaqqabı içliyindən əvəzlənərək istifadə olunsun.

Sağlam olun!

Dermatoloqlar