Appendisit korbağırsağın iltihabıdır. Appendisit dərhal cərrahi müdaxilə tələb edən xəstəlikdir. Müasir tibb müxtəlif xəstəliklərin profilaktikası və müalicəsi ilə bağlı yeni üsullar kəşf edir. Amma appendisit həkimlərin gücsüz qaldığı xəstəlik olaraq qalıb. Bu günə qədər də bu xəstəliyin etimologiyası müəyyən edilməyib. Alimlər arasında soxulcanabənzər çıxıntının orqanizmdə hansı rolu oynadığı ilə bağlı qızğın mübahisələr gedir.
Soxulcanabənzər çıxıntının uzunluğu 15 sm-ə qədər ola bilər. Ehtimal edilir ki, bu çıxıntının funksiyası nazik bağırsağı çoxsaylı bakteriyalardan qorumaqdır. Bəzi alimlərin fikrinə görə isə, bu orqan lazımsızdır.
Appendisit kəskin və xroniki olur. Kəskin formada ancaq cərrahi müdaxilə lazımdır.
Appendisitin ilk əlamətlərindən biri sağ aşağı hissədə (qarın boşluğunun aşağısı) ağrıların yaranmasıdır. İltihab prosesinin inkişafına uyğun olaraq ağrılar arta bilər. Bəzən ağrı qurşaq və cinsiyyət orqanlarına da geçir.
Bu xəstəliyin xarakterik əlamətləri isə iştahsızlıq, ürəkbulanma, qusma və yüksək hərarətdir. Bununla yanaşı, qusma xəstəliyin yaranması zamanı ağrılardan dərhal sonra meydana çıxır. Buna səbəb isə peritonun qıcıqlanmasıdır. Eyni zamanda qan təzyiqi, ürək döyüntüsü arta bilər, ishal yarana bilər. Həm də xəstənin titrəmədən şikayəti ola bilər.
Ağrılar öskürək, gəzinti zamanı ortaya çıxa bilər. İlkin mərhələdə appendisitin simptomları zəifdir, sonradan isə xəstənin dilində qalın örtük yarana bilər və qarnı köpə bilər. Qeyd etmək lazımdır ki, appendisitin simptomları bir sıra digər xəstəliklərin ortaya çıxması ilə maskalana bilər. Buna görə də dəqiq diaqnoz, yəni vaxtında və düzgün diaqnoz çox vacibdir.
Xəstəxanaya yerləşdirilmədən əvvəl xəstə ağrıkəsici, laksativ dərmanlar qəbul etməlidir. Eyni zamanda müxtəlif kompreslər qarın boşluğuna qoyulmalıdır. Kəskin appendisit diaqnozu zamanı operativ müalicə təyin olunur. Bu zaman isə soxulcanabənzər çıxıntı cərrahi müdaxilə ilə amputasiya edilir.
Appendisitin müalicəsi
Günümüzdə appendisitin müalicəsi onun növündən və ağırlıq dərəcəsindən asılı olaraq iki üsulla aparılır:
1-Ənənəvi appendektomiya,
2-Laparoskopik.
Birinci halda xəstənin müfaviq orqanında kiçik kəsik açılır, soxulcanabənzər çıxıntı kəsilir və kəsik açılan yer tikilir. Müasir tibbdə isə daha çox ikinci üsul, yəni laparoskopik appendektomiyaya baş vurulur. Bu üsul zamanı isə qarın boşluğu divarında xüsusi instrumentlərlə kiçik dəlik açılır. Sonra isə soxulcanabənzər çıxıntı kəsilərək götürülür. Appendisitin səbəb ola biləcəyi ağırlaşmanın qarşısını almaq üçün ilk simptomlar zamanı dərhal həkimə müraciət etmək çox vacibdir. Həkim seçmək və həkim qəbuluna yazılmağa isə sizə www.doctortap.az saytı kömək edər.
Sağlam Olun!!!