Anoreksiya - zamanı xəstə kökəlmək qorxusu ilə yaşayır. Günbəgün daha sürətlə arıqlamağa doğru gedir.
Bu, ən ciddi ruhi xəstəliklərdən biridir, hansı ki hal-hazır ki, dövr üçün gəncləri əhatə edir.
Gənc qızlar və yeniyetmələr tez-tez bu dəhşətli xəstəlikdən zərər görürlər. Sümüklər, qaraciyər, böyrəklər və ürək xəstəlikləri ilə birgə, anoreksiya ölümə səbəb ola bilər.
Anoreksiyanın səbəbləri
Əgər şəxs uzun müddət yeməkdən imtina etsə, bu zaman maddələr mübadiləsi pozulur. Anoreksiyalı insanların tez-tez yeməkdən sonra qusmağa səbəb olan vərdişi formalaşır.
Qusma halı özü başlayır, çünki orqanizm artıq qida qəbul etməkdən imtina edir. Anoreksiya xəstəliyi böyrəkləri sıradan çıxarır.
Qanda kalium səviyyəsi sürətlə aşağı düşür, buda ürək fəaliyyətini pozur. Tez kilo itkisi səbəbiylə hormon çatışmazlığı meydana gəlir.
Müalicə nə qədər tez başlayacaqsa, yaxşılaşma şansı daha da artır. Müalicə kompleksinə yalnız sistem və daxili orqanların müalicəsi daxil olmamalı, müalicə həm də ciddi psixoterapevtik yardımı əhatə etməlidir.
Anoreksiyalı şəxsin istəkləri:
Yaxınlarınızda anoreksiya simptomları görürsünüzsə, onu dərhal həkimə aparın. Həkim nəzarəti altında mütləq müalicə almalıdır.
Anoreksiyalı insanlarla olan ünsiyyərini məhdudlaşdırın.
Sağlam olun!