Məlumat yoxdur
Bizimlə əlaqə
Bizimlə əlaqə
(055) 500 96 00
Hesabım
Hesabım

Anadangəlmə xallar hansı hallarda aradan götürülməlidir?

Anadangəlmə xallar hansı hallarda aradan götürülməlidir?

Bütün insanlarda anadangəlmə və ya sonradan qazanılmış, dəri rəngi və yaşından asılı olmayaraq xallar vardır.

Orta əsrlərdə xalı olan insan "şeytanın əlaməti" hesab olunurdu, buna görə də çoxsaylı xalların daşıyıcılarını gözlənilməz uğursuz həyat gözləyirdi. Xarakterik olaraq, xallar insanın həyatına, günəş qəbulu prosesinə, üzməyə maneələr törətməzlər. Ziyansız olduğu hallarda xallar aradan qaldırılmalıdırlar. Beləliklə, qeyd olunan hallarda xalların çıxarılması tələb olunur:

  • Xal ölçü olaraq böyükdür və asanlıqla əllə toxunula bilərsə. Xüsusilə, boyun, bel, əllər, üz və s.kimi nahiyyələrdədirsə,
  • Xal özü kiçikdir, lakin, ani şəkildə böyüməyə başlayır, quruluşunu və rəngini dəyişərsə,
  • Əgər xal qanamaya başlamışsa və qırmızı halqa ətrafında görünürsə,
  • Xal qaşınmağa başlamışsa, xüsusilə də toxunduğunuzda yanma hissi və narahatlıq hiss edirsinizsə,

Bütün bu hallarda xalı həkim-mütəxəssisə göstərmək lazımdır. Bəd xassəli xallara çevrilməsinin qarşısını almaq üçün böyük ehtimal xal çıxarılmalıdır. Qeyd etmək lazımdır ki, bu gün xallardan qurtulma təklifləri ənənəvi şəfaverici təbabətdən eşidirik. Bu zaman xəstə ən yaxşı halda həyatının qalan hissəsinə kimi çapıqlarla qalır, pis halı isə təsəvvür belə etmək çətindir. Buna görə də, xallar böyüməyə başladıqda bədəndə qaşınma və ya digər yeni hisslər ortaya çıxmışsa, həkimə mütləq müraciət etmək lazımdır.

Sağlam olun!

Faydalı ola bilər

Dermatoonkoloqlar