Yuxudan ayıldıqdan sonra baş ağrısı bir çoxlarını narahat edir. İnsanlar diskomfort haldan qurtulmaq üçün dərmanlardan istifadə edirlər və müvəqqəti olsada narahat vəziyyətdən xilas olurlar.
Ancaq belə bir ağrıya səbəb mənbəni bilsəniz, orqanizmin öz gücünə ağrılara müqavimət göstərməsi üçün şərait yaradarıq. Başdakı narahatlıq, ağrılar əksər hallarda D vitamini çatışmazlığı səbəbindən yaranır.
Bəzi insanlarda yuxudan sonrakı baş ağrısı mövsümi xarakterli olur, qışda artır. Vitamin D çatışmazlığı da əzələlərin zəifləməsinə və saç tökülməsinə gətirib çıxarır.
Həkimlər, tez-tez təmiz havaya çıxmaq, gəzmək və günəş qəbul etməyi məsləhət görürlər. Rasionunuzu D vitamini ilə bol olan sağlam qidalarla təmin edin.
Sağlam olun!