Məlumat yoxdur
Bizimlə əlaqə
Bizimlə əlaqə
(055) 500 96 00
Hesabım
Hesabım

Adil Qeybulla: Karantin qaydalarına əməl etməmək infeksiyaya yoluxma hallarını artırır

Adil Qeybulla: Karantin qaydalarına əməl etməmək infeksiyaya yoluxma hallarını artırır

İnsanlar dərk etməlidirlər ki, məsuliyyətsizlik digər insanların da həyatını təhlükə altına atır. Televiziyalarda maarifləndirmə işləri artırılmalıdır. Psixoloqlar, mütəxəssislər ekran vasitəsilə insanlara izah etməlidirlər. İnsanların bir çoxu koronavirus problemini ikinci plana atıblar.

Bu barədə məşhur həkim-onkoloq, tibb elmləri üzrə doktor, professor Adil Qeybulla məlumat verib.

Onun sözlərinə əsasən, virusa yoluxma hallarının artması insanların məsuliyyətsizliyinə görə baş verir:

“Avtobuslardakı, qapalı məkan və məktəblərdəki vəziyyəti görürsünüz? Elə bil ki, koronavirus yoxa çıxıb, bitib. Amma digər dövlətlərdə hələ də insanlar qaydalara ciddi şəkildə əməl edirlər. İnfeksiyaya yoluxma hallarında hələ də virusa inanmayan insanların sayı böyük rol oynayır”.

Professor qeyd edib ki, müvafiq qurumlar karantin qaydalarına əməl etməyi yoxlamaq üçün ciddi nəzarət həyata keçirməlidirlər.

“Hazırda Ordumuz ərazilərimizin işğalçılardan təmizlənməsi ilə məşğuldur. Hətta cəbhə xəttində də karantin qaydalarına əməl etmək lazımdır. İnsanların məsuliyyət hissi artmalıdır. Qaydalara əməl etmək, maska və dezinfeksiya edici vasitələrdən istifadə etmək, sosial məsafəni qorumaq lazımdır”,- deyə Adil Qeybulla vurğulayib.

Saglam olun!!!

İnfeksionistlər