Məlumat yoxdur
Bizimlə əlaqə
Bizimlə əlaqə
(055) 500 96 00
Hesabım
Hesabım

3 psixoloji səbəb: Biz niyə qərar verməkdə çətinlik çəkirik?!

3 psixoloji səbəb: Biz niyə qərar verməkdə çətinlik çəkirik?!

Sizdə bu hallar baş verir mi? Gecə yarısıdır lakin siz hələ facebookda və ya digər sosial şəbəkələrdəvaxt keçirirsiniz və öz özünüzə deyirsiniz... Səhər tezdən oyanmalıyam, oyanan kimi qaça-qaça işlərimi həll edəcəm. Ən nəhayət yeni iş günü açılır və siz hələdə çarpayınızda uzanmaq istəyindəsiniz. 5 dəqiqə, 10 dəqiqə komfort zonasından çıxmaq istəmirsiniz, vaxtınızı uzadırsınız ...

Niyə belə hallar baş verir? Məgər insanlar bu qədər məsuliyyətsizdirlər? Özlərinə verdikləri sözü tuta bilmirlər? Yoxsa bu tənbəllikdir? Və ya bizi idarə edən rahatlıq vərdişinin gücüdür?

Psixoloqlar bu suallara, həyatımızda tez-tez baş verən təmbəllik hisslərinə, imtina edə bilməkdə çətinlik çəkdiyimiz 3 səbəbi açıqladılar:

Birinci səbəb: "Orada, uzaqda olan şəxs kimdir?" formulu.

Psixologiya və nevrobiologiya sahəsindəki mütəxəssislər sübut etdilər ki: bizə əziz və ya digər insanları düşündüyümüz zaman beynimizin müxtəlif hissələrini istifadə edirik. Eyni zamanda, yad insanlar, bizə nə qədər yaxın olsalar da, onlara daha az diqqət yetiririk. Bu proses tamamilə başa düşüləndir və məntiqlidir: beyin ilk olaraq öz "orqanizminə" üstünlük verir, hansıki ilk növbədə öz ehtiyacları barədə düşünür və rahatlığını təmin etməyə həvəs göstərir.

İkinci səbəb: İradi gücün azalması "qurutma".

"İradi gücün azalması" - psixoloji termin olub, cəlbedici vasitələrə müqavimət edilə bilməməsi deməkdir. Təsadüfi deyil ki, formulasiyada "qurutma" sözü istifadə edilmişdir. İradi gücün "isti" komfortlu mühitdə quruduğu üçün zamanla iradi güc zəifləyə bilir. İstəklərə müqavimət göstərə bilməyərək, məqsədlərimiz sanki təmbəlliyin ahuşunda əriyir.

Üçüncü səbəb: "yaxşı" vərdiş yaratmaq üçün 10 həftədən çox vaxt sərf etmək lazımdır. Psixoloqların fikrincə, psixikamızda yaxşı vərdiş formalaşdırmaq üçün təxminən 10 həftəlik təlim dövrü davam etməlidir.

Beləliklə, problemsiz və təkidlərsiz səhər qaçışına çıxmaq istəyirsinizsə - səbr etməyə, dözümlü olmağa hazır olun. Ekspertlər həmçinin hər şey motivasiyanın səviyyəsindən asılı olduğunu bildirirlər, bir qayda olaraq, təlim müddəti təxminən eyni olaraq qalır.

Sağlam olun!

Psixoloqlar