DoctorTap — artıq 6-cı il fəaliyyət göstərən həkim və klinikaların onlayn axtarış sistemidir. Biz, bir məkanda Azərbaycanın bütün həkim və klinikaları haqqında məlumatı toplamaq üçün çalışırıq.
Biz Azərbaycan vətəndaşları və ölkəmizin qonaqlarına xidmət edən Doctortap.az portalını - həkim və klinikaların axtarış sistemini yaratdıq. Portalımızda təqdim olunan həkimlər öz sahələri üzrə fəaliyyət göstərən peşəkarlardır. Saytımız vasitəsi ilə istənilən həkimlə əlaqə yaradıb həkim məsləhəti ala, qəbula yazıla və Sizi maraqlandıran sualları verə bilərsiniz.
Doctortap.az komandası.
Həkimlər haqqında rəylər
Yalnız qəbulda olan pasientlərin rəyləri
Həkim : Əlizamin Sadiqov
1 ay once hekimin qebulunda olduq. Cox gozel mualice yazdi cox musbet netice verdi. Sag olsun hekim.
Mirzəyeva Vüsale
Həkim : Xəlil Hüseynov
Məni doktor qəbul elədi baxdı gözlərimə amma ondan heçnə eşitmədim. Assitenti dedi hər nə lazımdı. Amma mən onun yanına gəlmişdim. Bir soyuqluq hiss etdim. Mən o insanda həkim nəvazişi görmədim. Xəstələri də çox idi. Tez yola saldı. Nə deyim Azərbaycanda belədir. Hər halda sağ olsun.
Şəmsiyyə
Həkim : Xəlil Hüseynov
Qaynanamı gətirmişdim qəbula. Gözündə qara ləkə var idi. Həkim çox diqqətlə baxdı , qəbul etdi bizi. Çox razıyıq
Əlibalayeva Aidə
Həkim : Rəna Əliyeva
Çox savadlı həkim və gözəl insandır. Rəna xanım mütamadi olaraq uşağımıza baxır. biz həkimdən çox razıyıq.
Elmirə Səfərova
Həkim : Azər Əkbərov
Beldəki yırtıqla bağlı həkim əməliyyat etdi. Hal hazırda vəziyyətim çox yaxşıdır. Çox razıyam
Arzu Məmmədova
Həkim : Tural Hüseynov
həkimə uşağın qulağındakı problemlə bağlı yaxınlaşırıq davamlı olaraq. ümumilikdə həkimdən razıyıq .
Quliyeva Təranə