DoctorTap — artıq 6-cı il fəaliyyət göstərən həkim və klinikaların onlayn axtarış sistemidir. Biz, bir məkanda Azərbaycanın bütün həkim və klinikaları haqqında məlumatı toplamaq üçün çalışırıq.
Biz Azərbaycan vətəndaşları və ölkəmizin qonaqlarına xidmət edən Doctortap.az portalını - həkim və klinikaların axtarış sistemini yaratdıq. Portalımızda təqdim olunan həkimlər öz sahələri üzrə fəaliyyət göstərən peşəkarlardır. Saytımız vasitəsi ilə istənilən həkimlə əlaqə yaradıb həkim məsləhəti ala, qəbula yazıla və Sizi maraqlandıran sualları verə bilərsiniz.
Doctortap.az komandası.
Həkimlər haqqında rəylər
Yalnız qəbulda olan pasientlərin rəyləri
Həkim : Xəlil Hüseynov
Məni doktor qəbul elədi baxdı gözlərimə amma ondan heçnə eşitmədim. Assitenti dedi hər nə lazımdı. Amma mən onun yanına gəlmişdim. Bir soyuqluq hiss etdim. Mən o insanda həkim nəvazişi görmədim. Xəstələri də çox idi. Tez yola saldı. Nə deyim Azərbaycanda belədir. Hər halda sağ olsun.
Şəmsiyyə
Həkim : Hikmət Qarayev
Qəbulunda oldum. Müalicə hələdə davam edir. Artıq effektini hiss etməyə başlayıram . Allah həkimdən razı olsun
LAlə Şıxəliyeva
Həkim : Rafiq Rzayev
Çox razı qaldım .Çox gözəl qulluq etdi resept yazdı artıq faydasını görməyə başlamışam .Klinikaya da minnətdaram ki bu cür həkimləri işə götürmüsünüz .Belə həkimlərə həqiqətən ehtiyacımız var
Abbasova Rəqiyyə
Həkim : Sevinc Məmmədova
Bu gün Sevinc xanımın qəbulunda oldum. Çox razı qaldım. Sevinc xanım kimi Mehriban, savadlı, diqqətli həkimlərimiz nə qədər çox olsa o qədər yaxşı olar.
Rəhbərli Rüsət
Həkim : Fərqanə Məmmədli
Uşaqdakı boy problemi ilə bağlı yaxınlaşmışdıq həkimə. Həkimdən çox razı razı qaldıq. 1 aydı müalicəyə başlamışıq. ümid edirik öz nəticəsini göstərər
Mehdi Ibrahimli
Həkim : Sadiq Bəbirov
Zobla bağlı problemim var. neçə ildir Sadiq həkimin xəstəsiyəm. həkimlə bağlı heç bir problem yoxdur razıyam . sadəcə olaraq klinikada qiymətlər bir az bahadır .
Rəhimzadə İlahə