DoctorTap — artıq 6-cı il fəaliyyət göstərən həkim və klinikaların onlayn axtarış sistemidir. Biz, bir məkanda Azərbaycanın bütün həkim və klinikaları haqqında məlumatı toplamaq üçün çalışırıq.
Biz Azərbaycan vətəndaşları və ölkəmizin qonaqlarına xidmət edən Doctortap.az portalını - həkim və klinikaların axtarış sistemini yaratdıq. Portalımızda təqdim olunan həkimlər öz sahələri üzrə fəaliyyət göstərən peşəkarlardır. Saytımız vasitəsi ilə istənilən həkimlə əlaqə yaradıb həkim məsləhəti ala, qəbula yazıla və Sizi maraqlandıran sualları verə bilərsiniz.
Doctortap.az komandası.
Həkimlər haqqında rəylər
Yalnız qəbulda olan pasientlərin rəyləri
Həkim : Ziyad Əliyev
Həkim çox yaxşı və savadlı həkimdir. Xəstəyə qarşı da çox diqqətli davranır . çox razı qaldım
Balayev Eldar
Həkim : Xəlil Hüseynov
Gözümdə zəifləmə gedirdi. Çox yüksək səviyyədə qəbul etdi həkim. Çox razı qaldım. Əla həkimdir
Nağıyev Saleh
Həkim : Elvira Seydiyeva
Salam. Bir nece ildir instagram sehifesini izleyirdim hekimin, qebulunda olduq kecen hefte, cox memnun qaldim. Nehayet ki ailevi hekimimizi tapdiq, anami ve ozumu mualice edir. Tesekkurler
Aliyeva Gulya
Həkim : Anar Namazov
Çox savadlı və bütün insani keyfiyyətlərə malik insandır. Bir il əvvəl (31.01.2018) xəstəmizi əməliyyat etdi (Habil həkimlə birlikdə) və adı "şəkər", özü isə "zəhər" olan xəstəlikdən qurtulduq. Əməliyyatdan sonra xəstəni daima nəzarətdə saxlayır. Can sağlığı və uğurlar arzulayıram.
Rövşən müəllim
Həkim : Xəyalə Quliyeva
Ne yaxşıki savadlı həkimlərimiz var. Pasiyent məmnuniyyəti görmək ruhlandırır insanı. Həkim İnsana Allahdan sonra 2 həyatı verəndir.
əlizadə teyyub
Həkim : Araz Kazımov
Uşağın üzündə səpkilər var idi. həkimin yanına apardıq . qəbuldan razı qaldıq . müalicəni hələ də davam etdiririk
Abdullazadə Abdulla