DoctorTap — artıq 6-cı il fəaliyyət göstərən həkim və klinikaların onlayn axtarış sistemidir. Biz, bir məkanda Azərbaycanın bütün həkim və klinikaları haqqında məlumatı toplamaq üçün çalışırıq.
Biz Azərbaycan vətəndaşları və ölkəmizin qonaqlarına xidmət edən Doctortap.az portalını - həkim və klinikaların axtarış sistemini yaratdıq. Portalımızda təqdim olunan həkimlər öz sahələri üzrə fəaliyyət göstərən peşəkarlardır. Saytımız vasitəsi ilə istənilən həkimlə əlaqə yaradıb həkim məsləhəti ala, qəbula yazıla və Sizi maraqlandıran sualları verə bilərsiniz.
Doctortap.az komandası.
Həkimlər haqqında rəylər
Yalnız qəbulda olan pasientlərin rəyləri
Həkim : Rafiq Rzayev
Rafiq həkimdən əvvəl yaxınlaşdığım həkimlər düzgün diaqnoz qoymamışdılar, amma Rafiq həkimdən sonra bir daha problem yaşamadım . Həkimə getməyə ehtiyacım qalmadı. Çox minnətdaram
Xəlilov Cavid
Həkim : Xəlil Hüseynov
Əməliyyat olundum əməliyyatdan sonra çox ağrım olmadı . İndi də yaxşıyam sağolsun həkim
Mehdiyeva Nərmin
Həkim : Xəlil Hüseynov
Həkim qızımın gözünü zəiflikdən əməliyyat edib. təkrar müayinəyə də yaxıblaşdıq. hər şey qaydasındadır. Həkimdən çox razıyıq
Əmirli Gülşən
Həkim : Elşən Məhərrəmov
Uşağın ayağı çanaqdan çıxırdı. həkim əməliyyata ehtiyac olmadığını dedi, çünki təkrarərən ayaq çıxa bilərdi. ona görə uşağı əməliyyata salıb incitmək istəmədi. indi hər şey qaydasındadı razıyıq.
Sadiqov Əziz
Həkim : Tərlan Qasımov
Savadlı və gözəl həkimdir. Müayinə etdi, əməliyyat yazdı. İnşallah daha sonra müalicəyə başlayacaq. Çox sağolun.
Yadigarov Səbuhi
Həkim : T.e.n. Əli Quliyev
uşağın boğaz ağrısı ilə bağlı yaxınlaşdıq. həkimin müalicəsindəın sonra hər şey qaydasına düşdü
Allahverdiyeva Aylin