DoctorTap — artıq 6-cı il fəaliyyət göstərən həkim və klinikaların onlayn axtarış sistemidir. Biz, bir məkanda Azərbaycanın bütün həkim və klinikaları haqqında məlumatı toplamaq üçün çalışırıq.
Biz Azərbaycan vətəndaşları və ölkəmizin qonaqlarına xidmət edən Doctortap.az portalını - həkim və klinikaların axtarış sistemini yaratdıq. Portalımızda təqdim olunan həkimlər öz sahələri üzrə fəaliyyət göstərən peşəkarlardır. Saytımız vasitəsi ilə istənilən həkimlə əlaqə yaradıb həkim məsləhəti ala, qəbula yazıla və Sizi maraqlandıran sualları verə bilərsiniz.
Doctortap.az komandası.
Həkimlər haqqında rəylər
Yalnız qəbulda olan pasientlərin rəyləri
Həkim : Abbasəli Abbasəliyev
Qəbulda olduq exo kardioqramani yoxladı anjuya etdirməyi məsləhət gördü covid tutmuşam deyə anju etdirə bilmədim yenidən olacam qəbulunda
Allahverdiyev Bayram
Həkim : Kamilla Fərəcova
Həkimi illərdir taniyiriq sadəcə əlaqəni itirmişdik və Doctortap vasitəsi ilə tapdıq . Rəyim yalnız və yalnız müsbətdir .
Rəsulov Ruslan
Həkim : Xəlil Hüseynov
Qəbulda oldum razı qaldım həm həkimdən həm klinikadan aparatlardan keçdim xüsusi ilə həkimin rəftarından razı qaldım çox sağolun
Aysel Quliyeva
Həkim : Aytən Ağayeva
gəldik, analizləri verdik, sonrasında həkim müalicə yazdı. müalicədən sonra hər şey qaydasına düşüb Allaha çox şükür
Həsrətova Zəminə
Həkim : Gülbəniz Hüseynova
Qızımın balacalıqdan həkimi Gülbəniz xanimdir o baxir elə çox gözəl həkimdir razıyıq həmişə
Tağıyeva Gülay
Həkim :
Göz müayinəsi aksiyasından yararlandım, Ünsal dr dəqiq müayinə etdi. Həkim katarakta diaqnozu ilə əməliyyat tövsiyyə etdi. Çox sağolun.
Əliyeva Zərifə