DoctorTap — artıq 6-cı il fəaliyyət göstərən həkim və klinikaların onlayn axtarış sistemidir. Biz, bir məkanda Azərbaycanın bütün həkim və klinikaları haqqında məlumatı toplamaq üçün çalışırıq.
Biz Azərbaycan vətəndaşları və ölkəmizin qonaqlarına xidmət edən Doctortap.az portalını - həkim və klinikaların axtarış sistemini yaratdıq. Portalımızda təqdim olunan həkimlər öz sahələri üzrə fəaliyyət göstərən peşəkarlardır. Saytımız vasitəsi ilə istənilən həkimlə əlaqə yaradıb həkim məsləhəti ala, qəbula yazıla və Sizi maraqlandıran sualları verə bilərsiniz.
Doctortap.az komandası.
Həkimlər haqqında rəylər
Yalnız qəbulda olan pasientlərin rəyləri
Həkim : Abbasəli Abbasəliyev
Həkim derman yazmisdi həmin dərman mənə düşmədi allergiya verdi.Amma qəbulu yaxsi kecdi razi qaldim.
Feyzullayev Nail
Həkim : Xəlil Hüseynov
Məni doktor qəbul elədi baxdı gözlərimə amma ondan heçnə eşitmədim. Assitenti dedi hər nə lazımdı. Amma mən onun yanına gəlmişdim. Bir soyuqluq hiss etdim. Mən o insanda həkim nəvazişi görmədim. Xəstələri də çox idi. Tez yola saldı. Nə deyim Azərbaycanda belədir. Hər halda sağ olsun.
Şəmsiyyə
Həkim : T.e.n. Əli Quliyev
Uşağın aşağı hissəsində nəsə şiş var idi. Uzi elətdirdik. Həkim də müalicə yazdı . Hər şey qaydasındadır
Qocayev Fuad
Həkim : Nərminə Mustafazadə
Uşağın gözündə anadangəlmə problem var idi. 6 aydan bir BNərminə xanımın yanına yoxlanışa gəlirik. Çox razıyıq özündən
Akifli Məhəmməd
Həkim : Ramin Bağırov
Həkimin yazdığı müalicə çox gözəl effekt verdi 1 ay tamaminda yenidən yaxınlaşmalıyam qəbuluna . Çox sağolsun yaxşı həkimdir
Günay ismayılova
Həkim : Sevinc Abdullayeva
Uşaqda astma var idi. Müalicədən sonra vəziyyəti yaxşılaşıb. bir də 2 ay sonra təxrarən yaxınlaşmalıyıq
Qurbanov Nurhan