DoctorTap — artıq 6-cı il fəaliyyət göstərən həkim və klinikaların onlayn axtarış sistemidir. Biz, bir məkanda Azərbaycanın bütün həkim və klinikaları haqqında məlumatı toplamaq üçün çalışırıq.
Biz Azərbaycan vətəndaşları və ölkəmizin qonaqlarına xidmət edən Doctortap.az portalını - həkim və klinikaların axtarış sistemini yaratdıq. Portalımızda təqdim olunan həkimlər öz sahələri üzrə fəaliyyət göstərən peşəkarlardır. Saytımız vasitəsi ilə istənilən həkimlə əlaqə yaradıb həkim məsləhəti ala, qəbula yazıla və Sizi maraqlandıran sualları verə bilərsiniz.
Doctortap.az komandası.
Həkimlər haqqında rəylər
Yalnız qəbulda olan pasientlərin rəyləri
Həkim : Xəlil Hüseynov
Həkimin qəbulunda oldum müayinə zamani heç bir narazılığım olmadı oğlumu da gətirəcəm yanına təşəkkür edirik
İbrahimova Qəndab
Həkim : Xəlil Hüseynov
Razı qalmadım. "Bizimləsən" verilişinə çıxanda, hərkəsnən səmimidir, amma yanına gedirsən, danışdırmaq üçün sözü gücnən alırsan ondan. İnsanlarla mehriban, səmimi davranış deyilən bir şey yoxdur, amma televiziyada elə səmimidir, deyirsən: "İlahi, bundan gözəl insan yoxdur", amma gedirsən yanına, tamamilə əks bir şey görürsən. Düşünürsən ki, bu televiziyada gördüyümüz adamdır?
Nəcibə Şirinova
Həkim : Mərziyyə Muxtarova
Həkim ilə problem yoxdur. Klinikadan razı qalmadıq! Gözlədik, aparat işləmədi (müayinə üçün lazım olan).
Pasiyent V.
Həkim : Xəlil Hüseynov
gözümdə katarakta problemi ilə bağlı yaxınlaşmışdım . Xəlil həkim mənim çoxdankı həkimimdir. mən ondan həmişə razıyam
Tarverdiyeva Vəsilə
Həkim : Arzu Musayeva
Salam. Həkim ilk baxışdan yaxşı təəsurat bağışladı. Görək yazdığı müaliə necə olacaq. Hələki razıyıq.
Ülvi Novruzov
Həkim : Eloğlu Məmmədov
Çox əla... Çox razı qaldım . Yazdığı müalicə də effektini verdi . Hətta mən belə bir qərar aldım ki Eloğlu dr-dan başqa həkimin yanına getməyəcəm . Öz ətrafıma da məsləhət görmüşəm artıq
Rüstəmova Aygün